Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-221/2023 26.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə X5 İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 İdarəsinin Estetik Nəzarət şöbəsinin müdiri X9 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Astara rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Astara şəhəri Azərbaycan küçəsində yerləşən “Mobil” aksesurların satışı obyektin fərdi sahibkarı X6 tərəfindən aşıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərcivəsində verilən yazılı göstəriş 03 mart 2023-cü il tarixdə yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 o, Astara şəhəri Azərbaycan küçəsində yerləşən “Mobil” aksesurların satışı obyektində fərdi sahibkar qismində fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndələri əməkdaşları 15 fevral 2023-cü il tarixdə həmin obyektdə olmuşlar və onun işturakı olmadan 15 fevral 2023-cü il tarixli 000013 saylı akt tərtib etmişlər. Onların bildirmələrinə görə onun tərəfindən “Azərbaycan Respublikası Reklam haqqında” qanunun tələbləri pozulmuşdur. Ancaq o, qeyd edilən qanunun tələblərini pozmamışdır. Sonra ona 15 fevral 2023-cü il tarixli 000013 saylı yazılı göstəriş də göndərilmişdir. Bundan sonra isə 03 mart 2023-cü il tarixdə onun iştirakı olmadan baxış protokolu tərtib edilmiş və onun iştirakı olmadan 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol onun iştirakı olmadan ona xəbər verilmədən tərtib edilmişdir. Bu isə onun hüquqlarını pozmuşdur. Ona görə də inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndələri əməkdaşları 15 fevral 2023-cü il tarixdə Astara şəhəri Azərbaycan küçəsində yerləşən “Mobil” aksesurların satışı obyektində olarkən obyektin fərdi sahibkarı X6 tərəfindən “Azərbaycan Respublikası Reklam haqqında” qanunun tələbləri pozulması hallarını müşahidə etmişlər. Bu barədə müvafiq akt tərtib edilmiş, X6 aktı imzalamaqdan imtina etmişdir. Ona bu pozuntular barədə 15 fevral 2023cü il tarixli 000013 saylı yazılı göstəriş də göndərilmişdir. O, həmin göstərişi 21 fevral 2023-cü il tarixdə almışdır. 03 mart 2023-cü il tarixdə əməkdaşlar yenidən həmin obyektdə olarkən 15 fevral 2023-cü il tarixli 000013 saylı yazılı göstərişə əməl eilməməsi məlum olmuşdur. Ona görə də 03 mart 2023-cü il tarixli baxış aktı tərtib edilmiş X6 aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında da inzibati xətanı törətməsinə dair 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. X6 protokolu imzalamaqdan imtina etmişdir. Ona görə də, X6 barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, iş materiallarına hüquqi qiymət verib hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında aydın oldu ki, 03 mart 2023-cü il tarixli baxış aktı, inzibati xətanı törətməsinə dair 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan, ona xəbər verilmədən tərtib edilmiş, ona hüquqları izah edilməmiş və həmin protokolun surəti ona verilməmişdir. Bunujnla da onun hüquqları pozulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, inzibati xəta haqqında iş materiallarında olan 03 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya imzalamaqdan imtina etməsinin səbəbləri göstərilməmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsi barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-221/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-221/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver