Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-222/2023 31.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, “Şəxs”nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən “Şəxs” barəsində tərtib edilmiş 02 mart 2023-cü il tarixli № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən “Arçun Oil” YDM-nin sahibkarı “Şəxs” tərəfindən 02 mart 2023-cü il tarixdə saat 17:45-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Məhkəmədə “Şəxs”nin nümayəndəsi X3 bildirdi ki, təmsil etdiyi “Şəxs” Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən açıq məkanda reklam yerləşdirilməsinə icazə alaraq yazılı göstərişi yerinə yetib. İcazənin müddəti xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədəkdir. Göstərilənləri nəzərə alaraq, barələrində olan işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinə lazımı qaydada məlumat verilsə də, onlar, məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb belə hesab edir ki, inzibati xəta tərkibi olmadığından “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 02 mart 2023-cü il tarixli № ******* saylı protokoldan görünür ki, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən “Arçun Oil” YDM-nin sahibkarı “Şəxs” tərəfindən 02 mart 2023-cü il tarixdə saat 17:45-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. İş materialında olan Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin verdiyi “açıq məkanda reklam yerləşdirilməsinə icazə”dən görünür ki, “Şəxs”nə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilib və icazənin müddəti xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci madəsinəəsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, “Şəxs” hüquqi şəxsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 114.2.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “Şəxs” barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işüzrə icraata inzibati xəta tərkibi olmadığı əsasına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-222/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-222/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver