Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-231/2025 16.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil bürosunun vəkili X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 09 aprel 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 16 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 27 mart 2025-ci il tarixdə, saat 14 radələrində Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X7 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Astara RPŞ-nə ərizə ilə müraciət edərək, 27 mart 2025-ci il tarixdə, saat 14 radələrində Astara rayonu, Şiyəkəran kəndində birlikdə yaşdıqları evdə əri Şəxs onunla ailə daxili münasibətlər zəmnində mübahisə edərək, ünvanına nalayiq ifadələr işlədərək, bədəninin müxtəlif nahiyyəsinə yumruq, təpik və şillə zərbəsi vuraraq döydüyünü, mübahisə zamanı onu sözdə ölümlə hədələdiyini göstərdiyini bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Tərtib edilmiş protokolu müdafiə etdiyini bildirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülmnəsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli hesab etməyərək göstərmişdir ki, 3 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs arvadıdır, əvvəllər aralarında münasibətlər yaxşı olub, qərəzli münasibətlər olmamışdır, azyaşlı övladı Məryəm Xudadova sudurqa xəstəsidir, təxminən 2 ay olar ki, onu Lankaran rayonunda yerləşən xəstəxanaya aparmış, həkim ona tapşırıb ki, uşağın üzərinə səsinizi qaldırmasınlar, onun vəziyyəti pisləşər onunla xoş davranılsın, Astara rayon Şiyəkəran kəndində birlikdə yaşadıqları evdə uşaqlar səs salanda arvadı Zərərçəkmiş şəxs onun üzərinə səsini qaldırır, bu səbəbdən aralarında tez-tez mübahisələr olur, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 14 radələrində arvadı azyaşlı xəstə qızı Məryəm Xudadovanın üzərinə səsini qaldırıb qışqırdığı üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətsədə onu döyməmişdir, arvadı Zərərçəkmiş şəxs evdə balıq bişirən zaman isti yağ onun üz nahiyəsinə sıçrayaraq üzünü yandırmış, dərhal aptekə gedib dərman alıb evə gətirmişdir. Arvadı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə olduğunu bildirərək barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında 3 uşaq anası olduğunu, rəsmi olaraq heç bir yerdə işləmədiyini, Astara rayon polis şöbəsinə ərizə ilə özü müraciət etdiyini, X1 əri olduğunu, tez-tez ailə daxili münasibətlər zəmində mübahisələr olduğunu, onu döydüyünü, mübahisə etdiyi zamanda onu öldürməklə hədələdiyini, birlikdə yaşadığları evi yandırmaqla hədə qorxu gəldiyini amma ailəsi dağılmasın deyə bu barədə polisə müraciət etmədiyini bildirmiş, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Astara rayonu, Şiyəkəran kəndində birlikdə yaşadığları evdə əri Şəxs onunla ailə daxili münasibətlər zəminində yenidən mübahisə edərək, ünvanına nalayiq ifadələr işlədərək, bədəninin müxtəlif nahiyəsinə yumruq, təpik və şillə zərbəsi vuraraq döydüyünü, mübahisə zamanı balığ bişirdiyi isti xörek tavasını üz nahiyəsinə vurduğunu, isti xörək tavasında olan yağ və tava üz nahiyəsinə dəyərək yandırdığını, həmin günü yenidən mübahisə zamanı onu sözdə ölümlə hədələdiyini, birlikdə yaşadığı evi yandıracağını bildirdiyini, yenə də bu barədə polisə müraciət etmədiyini amma xx.xx.2025ci il tarixdə yenidən onunla mübahisə etməyə başladığını mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətdiyi, onun bu hərəkətlərindən bezdiyi üçün Astara RPŞ-yə gələrək ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Ona görə də Şəxs barəsində qanunamüvafiq tədbir görülmnəsini xahiş etmişdir. Müdafiəçi Astara rayon Vəkil bürosunun vəkili X8 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Astara rayonu, Şiyəkəran kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığna görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Astara rayonu, Şiyəkəran kənd sakini Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti Astara RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 canlı şəxsin ekspertizasının 03 aprel 2025-ci il tarixli, 80 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - üst dodaq nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir; Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 canlı şəxsin ekspertizasının rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özününmüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Belə ki, Şəxs məhkəmə zərərçəkmişlə aralarında mübahisə olduğunu etiraf etmiş, lakin onu döymədiyini, balıq qızartdığı zaman yağın üzünə sıçradığını iddia etsə də, ekpert rəyindən də görünür ki, xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Həmçinin, Şəxs tərəfindən barəsində araşdırma aparılan dövrdə araşdırmanın düzgün aparılmaması ilə bağlı hər hansı prosessual hərəkətlər edilməmiş, hərəkətsizlik göstərilmiş bütün bu hallar da, bir daha şəxsin ifadəsinə özünümüdafiə kimi yanaşmaya əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 aprel 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-231/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-231/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver