Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-234/2024 27.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X6 oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Astara rayonun, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Astara rayonun, Şahağacı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqamayev küçəsi döngə 10-da yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Astara rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(018)-1433/2021 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 1881 manat tutularaq tələbkar X2 ödənilməsi qət edilmiş, 18 oktyabr 2021-ci il tarixli 2(018)-1350/2021 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 1587 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, daha sonra Astara Rayon Notariat Kontorunun 8İ-4289 saylı 31 may 2023-cü il tarixli icra sənədinin tələbinə əsasən 1883 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmiş , daha sonra Astara Rayon Notariat Kontorunun 8İ-4296 saylı 31 may 2023-cü il tarixli icra sənədinin tələbinə əsasən 1829 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, daha sonra Astara Rayon Notariat Kontorunun 8İ-4287 saylı 31 may 2023-cü il tarixli icra sənədinin tələbinə əsasən 1226,53 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, daha sonra Astara Rayon Notariat Kontorunun 8İ-4288 saylı 31 may 2023-cü il tarixli icra sənədinin tələbinə əsasən 975 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, Astara rayon Məhkəməsinin 2(018)-156/2024-006 saylı 15 yanvar 2024-cü il tarixli qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən oğluna 975 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin 2(018)-1433/2021 saylı 06 oktyabr 2021-ci il tarixli, 2(018)-1350/2021 saylı 18 oktyabr 2021-ci il tarixli, 2(018)-156/2024 saylı 15 yanvar 2024-cü il tarixli qətnamələrindən, bundan əlavə Astara Rayon Notariat Kontorunun 8İ-4289 saylı 31 may 2023-cü il tarixli, 8İ-4296 saylı 31 may 2023-cü il tarixli 8İ-4287 saylı 31 may 2023-cü il tarixli və 8İ-4288 saylı 31 may 2023-cü il tarixli icra qeydlərinin mövcud olmasından xəbərdardır. Lakin daimi iş yeri olmadığı üçün borcları ödəyə bilməmişdir. İmkanı olan kimi borcunu ödəyəcəkdir. Hazırda yaranmış olan borcu ödəyə bilmir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, icra sənədi icraata daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu əmək qabiliyyətlidir və bunun əksini təsdiq edən sübut yoxdur. Şəxs heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İcra şöbəsinə gəlmədiyindən barəsində axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Şəxs hazırki kredit təşkilatlarına ümumilikdə 10785,53 manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-234/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-234/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver