Məhkəmə qərarları › İş №3(018)-235/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-235/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-235/2024 08.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Astara Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X3 inzibati tənbeh verilməsi haqqında xx.xx.2023cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X2 məhkəməyə Astara Rayon Polis Şöbəsinin DYPBnin rəisi X3 inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X2 məhkəmədə bildirdi ki, bildirş məktubunu aldıqdan sonra xx.xx.2024-cü il tarixində həmin ünvanda olmuşdur. DYPB-nin 3 nömrəli xidməti otağında ona bildirilmişdir ki, “xx.xx.2023-cü il tarixində DYPB-nin inispektoru X5 barəsində inzibati xəta aşkarlamış və İXM-nin 335-1-ci maddəsilə əsasən barəsində cərimə tətbiq olunmuş və xx.xx.2023cü il tarixli, İPX ******* saylı həmin protokol əsasında xx.xx.2023-cü il tarixində (yəni dörd ay sonra) TP ******* saylı qərar qəbul edilmişdir və siz cərimələnmişsiniz. Protokolun tərtib olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il taixindən 7 (yeddi ay) müddət keçdiyi, cəriməni vaxtında ödəmədiyi üçün, həmin pratakol və qərar üzrə İXM-nin 336.1 maddəsində nəzərdə tutulmuş 60 (altımış) manat əsas cərimə məbləği və əlavə cəriməmənin üzərinə dəbbə pulu hesablanmaqla 96 (doxsan altı) manata qədər artmışdır. Hazırda cərimə məbləği 96 (doxsan altı) manat təşkil edir və bu məbləği ödəməlisiniz” deyə ona bildirilmişdir. Həmin cəriməni ödənilmiyəcəyi təqdirdə İXM-nin 529.3-cü maddəsinə əsasən 6 aydan 1 ilədək müddətində sürücülük hüququnuzdan məhrum olunacaqsınız. Möhtərəm məhkəmə, Hadisədən və cərimə edilməyindən Astara RPŞ-nin DYPB-sinin 3 saylı xidməti otağında olduğu xx.xx.2024-cü ilə tarixinə kimi məlumatlı olmuşdır. Daha əvvəlki dövrlərdə sözügedən cərimə protokolu və qərarla bağlı ünvanına hər hansı şəkildə məlumat daxil olmamışdır. İstifadəsində olan mobil nömrəsinə SMS göndərilməmiş və ya “AsanPay” elektron hökümət portalındakı səhifəsində son aylara kimi cərimə bildirişi daxil edilməmiş, yəni cərimə mövcud olunmamışdır. Bildirir ki, sözügedən qərarın qəbulu zamanı ona məxsus ** LG *** nömrəli qeydiyyat nişanlı avtomobilim (mühərrikin sıradan çıxması səbəbində) nasaz olmuş və uzun müddət həyətində istifadəsiz vəziyyətdə qalmışdır. Protokolun tərtib olunduğu müddət xx.xx.2023cü il göstərilmiş olsada, dörd ay sanra cərimənə olunmağı ilə bağlı xx.xx.2023-cü il tarixində qərar qəbul olunmuşdur. Bu da qanunvericilik baxımından yolverilməzdir. Odur ki, barəsində cərimənin və cəriməyə əlavə dəbbə pulunun hesablanmasını əsassızdır və qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixində Astara rayon DYPB-nin 3 saylı otağında olduğu zaman, yəni 6 (altı) ay sonra ona sözügedən həmin İPX ******* saylı protokol təqdim olunmuşdur. Dəfələrlə etdiyi müraciətdən sonra, xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı əldə etmiş. “AsanPay” elektron hökümət portalında olan şəxsi kabenitindəki məlumatları mütəmmadi nəzarətində saxladığından, bildirir ki, xx.xx.2024-cü il tarixində (yəni cərimədən iki gün sonrakı tarixdə) elektron kabinetinə sürücülük vəsiqəmin serya və nömrəsini daxil etməylə maraqlanmışdır. Elektron kabinetində barəsində cərimənin mövcud olmadığı (borc yoxdur) təsdiqlənir, (foto şəkili əlavə edir). Cərimə tarixindən 45 gün sonra, xx.xx.2023-cü il tarixində sürücülük vəsiqəsinin serya və nömrəsi ilə Elektron hökümət portalı sistemədə mövcud olan DYP ödənişləri (CƏRİMƏ) bölməsinə daxil olmağımla barəsində cərimənin mövcud olmadığı, “borc yoxdur” yoxlamaqla təsdiqlənir, (foto şəkili əlavə edir). Bundan əlavə DYPB-nin xx.xx.2024-cü il tarixli BİLDİRİŞ məktubunu ünvanına daxil olduqdan sonra, xx.xx.2024-cü il tarixində yenidən elektron kabinetimə daxil olmuş və sistemdə cərimənin mövcud olmadığı bir daha təsdiqini tapmışdır (foto şəklini əlavə edir). Qeyd etdiyi faktlar barəsində cərimənin əsasız olduğunu bir daha təsdiq edir. Odur ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında (İİH) qanunun tələbləri pozulmaqla tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv olunmalıdır. Belə ki, barəsində tərtib edilmiş protokol və qərar İXM-nin 100.1.8, 100.2, 100.3,100.4 maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Protokolda istifadə olunan xüsusi texniki vasitələr, şahidlər və ya onların imzaları, iş üzrə zəruri olan digər məlumatlar bölmələri də boş saxlanılmaqla qanunamüvafiq olmadığından tərtib olunduğu andan etibarsız hesab edilməlidir. Protokoluda inispektorun döş nişan nömrəsi qeyd olmadığından şəxsin bu səlahiyyətə malik olub-olmaması da şübhə doğuran hallardandır. Astara rayon DYPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Astara Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Astara Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə Astara Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Astara Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X3 inzibati xəta haqqında iş üzrə 15.1.2024-cü il tarixli MN № ******* saylı qərarından məlum olur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən 60 (altmış) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Astara Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X3 inzibati tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Astara Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Astara Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X3 inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Astara Rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar