Məhkəmə qərarları › İş №3(018)-239/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-239/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-239/2024 18.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, X3 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsi ilə tərtib olunmuş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11 Xidmətinin X2nin müdir vəzifəsizni icra edən X8 qəbul etdiyi MN № ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 198.1.6-cı maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat manat məbləğdə cərimə edilmişdir. X6 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsi ilə tərtib olunmuş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X6 bildirdi ki, Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Şahağacı həkim məntəqəsində tibb bacısı vəzifəsində işləmiş X4 2020-2023 illərdə COVİD-19-a qarşı aparılan mübarizə tədbirlərinə cəlb edilməyib onun üçün də fərdi mühafizə vasitəsi ilə təmin edilməyib. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Nazirlər Kabinetinin 31,03.2020-ci il tarixli, 122 nömrəli qərarına əsasən Dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın, imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin, 34-cü sırasında isə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri qeyd edilib. Nazirlər Kabinetinin tələbini rəhbər tutaraq cəlb edilməyib. DƏMX-nin X2 tərəfindən hər hansı araşdırma aparmadan haqqında iki qərar qəbul etmişdir. Tərəfindən işçini hansı səbəblə işdən azad etdiyini də Əmək Müfəttişliyinə bildirmişdir. Hesab edir ki, DƏMX-nin X2 tərəfindən tərtib edilmiş hər iki qərar qanunsuzdur. Göstərilən əsaslara görə DƏMX-nin X2 tərəfindən onun barəsində inzibati tənbeh vermə haqqında ******* saylı xx.xx.2020-ci il tarixli qərar qanuni hesa edilə bilməz, ona görə də həmin qərar və bu qərar əsasında verilmiş nəticələr ləğv edilməlidir. Şikayətin təmin olunması, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tari) MN1614120 nömrəli qərar ləğv edilərək inzibati tənbeh vermə haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2nin nümayəndəsi X7 bildirmişdi ki, təmsil etdi orqan tərəfindən qəbul edilmiş qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə X5 və iştirak edən zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2nin nümayəndəsi X1 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə oyğun tərtib edildiyindən şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2nin müdir vəzifəsini icra edən X8 qəbul etdiyi MN № ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 198.1.6-cı maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3.-bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4.-bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. - şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2nin müdir vəzifəsizni icra edən X12 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2nin müdir vəzifəsizni icra edən X12 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar