Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-239/2025 17.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Qarabağ müharibəsi veteranı, əlil, işləməyən, Astara rayon, Seləkəran kəndində qeydiyyatda olmaqla, Astara şəhər, Nuru Paşa küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Astara Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şəxs qaynanası Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə protokol tərtib edən şəxs sahə rəisi X4 göstərmişdir ki, Şəxs qaynanası Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, mübahisə var. xx.xx.2025-ci il tarixdə Şəxs Astara rayonu, Seləkəran kənd sakini qaynanası Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən protokol tərtib edilmiş və baxılması üçün Astara rayon məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 3-cü qrup əlildir. Qarabağ veteranıdır. Zərərçəkmiş şəxs onun qaynanasıdır. Əvvələr aralarında münasibətləri yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində qızı X1 qaynanasının evindən götürməsi həmçinin qaynı Əfqanın ona olan 6000 manat borcunu tələb etməkdən ötrü qaynanası Zərərçəkmiş şəxsı evinə getmişdir.Raciyə xanımdan oğlunun ona verməli olan pulunu tələb etmişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı hirslərinə sahib çıxabilməyərək qaynanası Zərərçəkmiş şəxs yüngül xəsarət yetirmişdir. Əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs məhkəmə iclas zalında üzr istədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirirərək, barəsində yüngül tənbeh tədbiri tətbiq eilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəxs onun yeznəsidir. Əvvələr aralarında münasibətləri yaxşı olmuşdur. xx.xx.2025-ci il tarix, saat 17:00 radələrində oğlunun Şəxs X2 götürməkdən ötrü onlara gəlmişdir və aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Şəxs onu döyərək xəsarətlər yetirmişdir. Şəxs bağışlamadığını, anası yaşda olduğuna baxmayaraq onu vurduğunu əsas gətirərək Şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı yoldaşıdır və qonşuluqda yaşayırlar. xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs onu səsləyərək çsgırmışdır. Bu səbəbdən Raciyənin evinə getmişdir. Həmin zaman Şəxs ilə Zərərçəkmiş şəxs sözlə mübahisə etdiyini görmüş və Şəxs qolundan yapışıb çölə çıxarmışdır. Şəxs Zərərçəkmiş şəxs döyməsini görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X9 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır, Şəxs isə onun yoldaşıdır. Anası ilə yoldaşı arasında baş vermiş mübahisəni eşitmişdir. Buna səbəb kimi qardaşı Əfqanın onun həyat yoldaşı Şəxs 6000 manat borcunun olması olmuşdur. xx.xx.2025-ci il tarixdə olan məsələni görməmişdir sadəcə ərindən eşitmişdir. İş materiallarında olan Astara RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli 69 saylı ekspert rəyindən görünür ki Zərərçəkmiş şəxs bədəni üzərində - başın təpə, sol sağrı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş müraciət vərəqsindən görünür ki, Şəxs 1997-ci il avqustun 2dək xəsarət almış müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar müraciəti vardır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) – 3 qrup əlillik pensiyası alır. İş materiallarında olan 016777 saylı xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Müharibə Veteranı kitabçasının surətindən görünür ki, Şəxs muharibə veteranları üçün Azərbaycan Respublikasının qanunivericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəyini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə məhkəmə iclasında sübuta yetirilmişdir.İş üzrə zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. Odur ki,Şəxs həmin xətanın törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığını, müharibə veteranı olmasını, 3-cü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-239/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-239/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver