Məhkəmə qərarları › İş №3(018)-240/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-240/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-240/2025 17.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Astara rayon, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayon, Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair X1 daxil olmuş materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Ələkbər Məmmədov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 17 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs ünvanına gedərək, onun ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, Astara rayon, Rüdəkənar kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir. Avtomobil ustası işləyir.16 aprel 2025-ci il tarixdə gecə saatlarında tanışı Kəmalə adlı qadının istəyi ilə onun vəfat etmiş atasının avtomobilini təmir etmək məqsədilə yaşadığı evin qarajından çıxarkən onun anası Zərərçəkmiş şəxs onu görərək maşını icazəsiz götürdüyünü zənn edərək onunla mübahisə etməyə başlamışdır. Həmin zaman o əsəbləşərək Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Şəxs onun qızı ilə olan münasibətdən istifadə edərək həyətlərində mərhum həyat yoldaşına aid olan avtomobili onun icazəsi olmadan həyətindən götürmüşdür. Bu barədə iradlarını Şəxs bildirən zaman Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu hallar bir neçə dəfə yaşanmışdır. Şəxs onu dəfələrlə narahat etmişdir. Şəxs bir daha evi ətrafında görmək istəmədiyini, ondan şikayətçi olduğunu, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 aprel 2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ailəli olmaqla himayəsində 3 uşağı vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar