Məhkəmə qərarları › İş №3(018)-243/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-243/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-243/2025 18.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Elman oğlunun katibliyi, Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 18 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, 30 mart 2025-ci il tarixdə saat 18 radələrində Şəxs Astara şəhəri, S.Vurğun küçəsində uca səslə nalayiq ifadələr işlədərək, Zərərçəkmiş şəxs təhqir etmişdir. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 30 mart 2025-ci il tarixdə saat 18 radələrində Şəxs Astara şəhəri, S.Vurğun küçəsində uca səslə nalayiq ifadələr işlədərək, Zərərçəkmiş şəxs təhqir etmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, tərəflərin izahatları alınmış, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Həmin protokolu müdafiə edir və barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, Astara şəhəri, S.Vurğun küçəsi, ev 35 ünvanında yaşayır. Barəsində olan inzibati protokol əsassızdır. Belə ki, o Zərərçəkmiş şəxs söyməmiş, ona qarşı hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Əksinə hazırda zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs onu söymüş və təhqir etmişdir. Belə ki, Zərərçəkmiş şəxs oğlu ilə balıq toru ilə bağlı mübahisələri olmuşdur. Ona sintetik tordan istifadə etməyin qadağan olduğunu bildirdikdə, öz ödənişimi edirəm hara istirsən məlumat ver ifadəsini bildirmişdir. O da bu barədə məlumat vermiş, Müşfiq Vəliyev bu səbəbdən cərimə edilmişdir. Bu hadisədən bir gün sonra Zərərçəkmiş şəxs onu yolda gördükdə üzərinə hücum çəkib onu ictimai yerdə nalayiq ifadələr ilə təhqir etmişdir. Təhqir edilməsi ilə bağlı polisə şikayət verən də özüdür. Ona görə də barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Şəxs onun oğlu barəsində şikayətlər edir. Buna görə də, ona iradını bildirmiş, lakin onu söyməmiş, təhqir etməmişdir. Şəxs təhqirlərinə məruz qalmışdır. Bu səbəbdən barəsində inzibati tənbeh təsdbiri görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta törətdiyi iddia olunan şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə, əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolda onun ictimai qaydanı pozduğu qeyd olunsa da, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edlsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və sair bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, Astara Rayon Polis Şöbəsi tərəfindən aparılan icraat zamanı Şəxs inzibati xəta törəkməkdə təqsiri sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs inzibati xəta törətməsi yalnız polis orqanının tərtib etdiyi protokolunda öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, zərərçəkmişlə inzibati xəta törətməkdə təqsirləndirilən şəxs arasında şəxsi münasibətlərdən irəli gələn ixtilaflar mövcuddur ki, bu isə əmələ qiymət vermək üçün yeganə mötəbər sübut kimi zərəçəkmişin ifadəsinə istinad etməyi mümkünsüz edir. Həmçinin, iş materilları ilə də aydın olur ki, təhqir edilmə ilə bağlı polis şöbəsinə müraciət edən Şəxs olmuş, zərərçəkmiş şəxs yalnız izahatı alındığı zaman Şəxs tərəfindən təhqir edildiyini bildirmiş, təhqir edilməsi ilə bağlı ilkin addımlar atmamış, həmçinin oğlu barəsində şikayət etdiyi üçün Raminə irad bildirdiyini etiraf etmişdir. Bundan başqa zərərçəkmişin təhqir edilməsi ilə bağlı hər hansı şahid ifadəsi və digər sübutlar əldə edilməmiş və məhkəməyə təqdim ediməmişdir. Bu isə, Şəxs əməlində inzibati xəta tərkibinin olmadığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində ictimai qaydanın pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd, motiv) yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar