Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-244/2024 09.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, X4 İmişli Rayon Polis Şöbəsinin polis Polkovnik-leytenantı X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X5 məhkəməyə İmişli Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X5 bildirdi ki, İmişli rayonu Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı X6 tərəfindən xx.xx.2024-cü il tarixində saat 18:02-də tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP-6060868 nömrəli İnzibati Xəta haqqında protokol və bunun əsasında yazılmış xx.xx.2024-cü il tarixli TP6339518 nömrəli İnzibati Tənbeh vermə haqqında Qərar işin faktiki hallarına uyğun olmadığına görə həmin qərardan məhkəməyə şikayət verməli olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi Mercedes BENZ -Axor Yük markalı ** KU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İmişli rayon ərazisində yerləşən karyerdən qum yükləyib karyerdən 100-150 metr aralıda yerləşən elektron tərəzidə çəkilməsi üçün getmişdir. Maşın tərəzidə olarkən bu vaxt Yol Patrul Xidməti inspektoru oraya gəlmiş və bildirmişdir ki, maşına yük icazə verilən çəkidən artıq yükləmişdir. Cavab olaraq ona bildirmiş ki, karyerdə elektron tərəzi yoxdur, odur ki, buraya gəlmişdir. Maşında olan yükü elektron tərəzidə çəkdirmiş və artıq yükü orada boşaldılmışdır. Maşında olan yük cəmi 39252 kiloqram yəni normada olduğu barədə ********* nömrəli xx.xx.2024-cü il tarixli Qaimə ona verilmişdir. Beləliklə idarə etdiyi avtomaşına icazə verilən çəki və yüklə birlikdə ona düşən kütlə parametrlər ini aşmamış, maşını ümumi istifadədə olan avtomobil yollarından istifadə etməmişdir. Buna baxmayaraq Yol Patrul Xidməti inspektoru qərəzli olaraq barəsində əsassız olaraq İnzibati Xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, polis əməkdaşı iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İcazə verilən çəkidən artıq yük maşınına yükləməmişdir. İmişli rayon Polis şöbəsinin polis Polkovnik-leytenantı X2 tərəfindən barəsində qəbul etdiyi 11 mart 2024-cü il tarixli TP6339518 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Astara Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq İmişli Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə İmişli Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş İmişli Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X1 inzibati xəta haqqında iş üzrə 15.1.2024-cü il tarixli MN № ******* saylı qərarından məlum olur ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İmişli Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayəti qismən təmin edilsin. İmişli Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün İmişli Rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-244/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-244/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver