Məhkəmə qərarları › İş №3(018)-251/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-251/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-251/2023 14.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, şikayət vermiş şəxs X9 və AQTA-nin X7 nümayəndəsi X5 iştirakı ilə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi V.İ.E şəxsin 21 fevral 2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayətçi X15 tərəfindən verilmiş şikayətə Astara Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası QTA-nin X7 rəisi V.İ.E şəxsin 21 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı iclasında 21 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunmuşdur ki, X15 tərəfindən edilən İD********** nöməli müraciət əsasında Belarus Respublikasından idxal edilmiş 20500 kq ərzaqlıq kartof məhsullarının sertifkatlaşdırmadan satılması faktı aşkarlandı. Məhkəmə iclasında iştirak edən şikayətçi X15 şikayətini müdafiə edərək göstərdi ki, 02 yanvr 2023-cü il tarixə kimi fiziki şəxs qismində fəaliyyət göstərmişdir. 02 yanvar 2023cü il tarixdə ********** nömrəli VOEN açdırmaqla vergi ödəyicisi qeydə alınmışdır. 2022-ci ilin dekabr ayında Belarus Respublikasından 20500 kq ərzaqlıq kartof məhsullarının idxal edilmişdir. Həmin 20500 kq ərzaqlıq kartof məhsulları 2 gömrük postundan keçmişdir. Bundan sonra Astara gömrük postunun əməkdaşlarının iştirakı ilə maşın açılmış və kartof məhsulu boşaldılmışdır. Bundan sonra Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin əməkdaşı Şamxal İsmayılov kartoflardan ekspertizadan keçirilməsi nümunələr götürmüşdür. Ona bildirmişdir ki, ekspertiza və sertfikat almaq üçün pul ödəmək lazım olacaqdır. Onun göstərinə əsasən müxtəlif vaxtlarda müxtəlif məbləğdə pul ödəmişdir. X11 zəng edərək kartofunun təmiz çıxmasını və sata bilməsini bildirmişdir.Buna görə də o kartofları satmışdır. Bundan sonra isə Azərbaycan Respublikası QTA-nin X7 əməkdaşları tərəfindən onun barəsində 20500 kq ərzaqlıq kartof məhsullarını sertifkatlaşdırmadan satılması barədə 13 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 21 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuzdur. Belə ki, o, həmin kartofu onların razılığı əsasında satmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, X15 15 dekabr 2022-ci il tarixdə bölməyə müraciət edərək, Belarus Respublikasından 20500 kq ərzaqlıq kartof məhsulları gətirməsni bildirmiş və buna görə də X4 Sertifikat alanadək məhsulu Astara şəhəri S.Vurğun küçəsində saxlayacağını bildirmişdir. Ona bütün hüquq və vəzifələri izah edilmişdir. Bu barədə müvafiq bildiriş göndərilmişdir. Bundan əlavə 03 fevral 2023-cü il tarixdə ona bildiriş göndərilərək, o 13 fevral 2023-cü il tarixdə Bölməyə dəvət edilmiş və lazımı sənədlərini Agentliyə təqdim edilməsi xahiş edilmişdir. X15 həmin bildirişi almış olsa da o, 13 fevral 2023-cü il tarixdə Bölməyə gəlməmiş, özü ilə müvafiq sertifikat gətirmədiyinə görə onun barəsində inzibati xəta haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə 13 fevral 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Protokolun surəti ona göndərilməklə o, 21 fevral 2023-cü il tarixə Bölməyə dəvət olunmuşdur. Ancaq X2 gəlməmiş və Bölmənin rəis əvəzinin 21 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X12 həmin qərarın surəti göndərilmişdir. Odur ki, o, şikayətin rədd edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi istehlakçıların hüquqlarının pozulması hesab edilir, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası QTA-nin X7 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X9 barəsində olan 21 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərardan görünür ki, X15 AR İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şikayətçi qərardan narazı olduğunu bildirsə də, inzibati xətanı istisna edən hər hansı bir sübut növünə istinad etməmişdir. Məhkəmədə həmçinin o da X3 Respublikasından 20500 kq ərzaqlıq kartof məhsulları gətirmiş və həmin ərzaqlıq kartof məhsullarını sertifikatlaşdırılmamış satmışdır. Materiala əlavə edilmiş sənədlərdən məlum olur ki, X16 tərəfindən ona hüquqları izah edilmiş, 13 fevral 2023-cü il tarixli MN ******* saylı protokol, 21 fevral 2023-cü il tarixli MN ******* saylı qərar qəbul edilərkən o, lazımı qaydad X8 çağrılmış, lazımı sənədlərin surəti ona göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdə X9 istinad etdiyi halları və etirazlarını əsaslandıran sübutları olmadığından qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : X9 Azərbaycan Respublikası AQTA-nin X7 rəisi V.İ.E şəxsin inzibati tənbeh vermə haqqında 21 fevral 2023-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar