Məhkəmə qərarları › İş №3(018)-258/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-258/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-258/2024 16.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmus 3-33-1300/012/000249 nömrəli 27.01,2024-cü il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikası Astara səhərində yerləşən “X3” şirkətinin adından Azərbaycan Respublikası Astara rayon sakini X1 (VÖEN:**********) adına Azərbaycan Respublikası vətəndaşı Elton Babayevin idarə etdiyi “Daf” markalı “07BK324/99ZA382” dövlət oevdivvat nişanlı vük masını ilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Astara Gömrük İdarəsinə daxil olmus “polietilen torbalar” yükü sərbəst dövriyyə buraxılış - idxal gömrük prosseduru altında rəsmiləsdirildikdən sonra, yükü müsaivət edən sənədlərdə yükün ölçüsü barədə göstərilən məlumatlar şübhə doğurduğuna görə əməkdaşlarımız tərəfindən saxlanılmış və həmin yükə gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı yükü müsaivət edən sənədlərdə - nömrəsiz CMR, “506" nömrəli invovs, “**********1537” sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə qoşquda olan “polietilen torbalar” yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yüklər arasında uyğunsuzluq olması şübhəsi yaranmışdır. Belə ki, yükü müsaivət edən sənədlərdə ümumi çəkisi 28500 (iyirmi səkkiz min bes yüz) kq olan “polietilen torbalar” yükünün qalınlığı 17 mikron (0.017 mm) göstərildiyi halda, faktiki olaraq qoşquda olan həmin yükün qalınlığının 15 mikrondan aşağı olması şübhəsi yarandığından saxlanılmışdır. Daha sonra ümumi çəkisi 28500 (iyirmi səkkiz min bes yüz) kq olan “polietilen torbalar" yükünün ölçüsünü müəyyənləşdirmək məqsədilə həmin yükdən seçmə üsul ilə nümunələr götürülmüş və ekspertiza tədqiqatından keçməsi üçün sözügedən nümunələr Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi və X2 məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə X2in və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi çəkisi 28500 (iyirmi səkkiz min bes yüz) kq olan “polietilen torbalar” yükündən ümumi çəkisi 1219 (min iki yüz on doqquz) kq olan “polietilen torbalar” yükünün (ekspert rəyində 1-ci sırada sinifləşdirilmis) qalınlığı 14.8±0.9 mikron, ümumi çəkisi 1495 (min dörd yüz doxsan bes) kq olan “polietilen torbalar" yükünün (ekspert rəyində 3-cü sırada sinifləsdirilmis) qalınlığı 15.5±1.3 mikron, ümumi çəkisi 520 (bes yüz iyirmi) kq olan “polietilen torbalar" yükünün (ekspert rəyində 4-cü sırada sinifləsdirilmis) qalınlığı 13.6±1.2 mikron, ümumi çəkisi 220 (iki yüz iyirmi) kq olan “polietilen torbalar” yükünün (ekspert rəyində 5-ci sırada sinifləşdirilmis) qalınlığı 12.8±1.6 mikron olduğu müəyyən edilmişdir Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2in qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə–inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X2in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş X2in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə X2in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmetinin dövlət nəfinə müsadirə edilməklə, cərimə edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 275.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib, inzibati xətanın predmeti olan ümumi çəkisi 28500 (iyirmi səkkiz min beş yüz) kq. olan “polietilen torbalar” dövlət nəfinə müsadirə edilməklə, 1000 (min) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar