Məhkəmə qərarları › İş №3(018)-259/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-259/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-259/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Astara rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 05 yanvar 2023-cü il tarixdə tanışlarının ad günü məclisinə dəvət aldıqdan sonra Lənkəran rayonu Daşdaleğjar kənd sakini Zərərçəkmiş şəxs və Lənkəran rayonu Mamusta kənd sakini Şəxs məclisdə iştirak etmək üçün Astara rayonu Çayoba kəndində yerləşən “Ümidvar” restoranına gəlmişlər. Restoranda yeyib-içmək məclisi bitdikdən sonra Zərərçəkmiş şəxsla Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə nəticəsində Şəxs Zərərçəkmiş şəxs yumruqla zərbələr vuraraq sonuncuya sağ bud nahiyəsində sıyrıq, alın, sağ sağrı nahiyələrində qançırlar kimi dərəcələri təyin edilməyə bədən xəsarətləri yetirərək döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 05 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində həmkəndlisi Vahid Abdullayevin övladının Astara rayonu, Çayoba kəndində yerləşən “Ümidvar” kafesində keçirilən ad günü məclisində iştirak etmişdir. Kafedə iki stolda əyləşmişlər, Zərərçəkmiş şəxs digər stolda əyləşmişdir. Həmin gün Zərərçəkmiş şəxs ilə birlidkə bayıra çıxmışlar. Orada olarkən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, əsəbləşdiyindən və özünü idarə edə bilmədiyindən Zərərçəkmiş şəxs döymüşdür. Hazırda törətdiyi əməldən peşimandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, 05 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində həmkəndlisi Vahid Abdullayevin övladının Astara rayonu, Çayoba kəndində yerləşən “Ümidvar” kafesində keçirilən ad günü məclisində iştirak etmişdir. Kafedə iki stolda əyləşmişlər, Şəxs digər stolda əyləşmişdir. Yeyib-içmək məclisi davam edərkən spirtli içki qəbul etmişlər, həmçinin Ulduz da spirtli içki qəbul etmişdir. Bir müddət sonra birlikdə rəqs də etmişlər. Yemək yeyilib qurtardıqdan sonra Şəxs əyləşdiyi stoldan ona söz atmış, guya onun şər ataraq bəzi şəxsləri tutdurduğunu və bu yolla pul qazandığını bildirmişdir. Həmin zaman Ulduzdan bu cür sözlər söyləməməsini xahiş etsə də sonuncu sözlərinə davam etmiş və yenə də eyni sözləri təkrar etmişdir. Bir daha Ulduza iradını bildirmişdir. Daha sonra Ulduz onu bayıra dəvət etmiş və o, bayıra çıxmışdır. Ulduz bayırda ona nalayiq ifadələr işlətməyə başlamışdır. Ulduzun söyüşlərinə dözə bilmədiyindən hər iki əli ilə Ulduzun yaxasından tutmuş, lakin vurmamışdır. Həmin zaman Ulduz sağ əli ilə onun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən taxta çəpərin digər tərəfinə yıxılmış, həmin zaman hətta taxta çəpər də qırılmışdır. Yerə yıxılandan sonra Ulduz ona təpiklə də zərbələr vurmuşdur. Daha sonra olanları isə xatırlamır. Sonra özünə gəlib, özünə məxsus “Mercedes” markalı maşınla Lənkəran rayon mərkəzi xəstəxanasına getmiş, müayinə edilib tibbi yardım göstərildikdən sonra evinə getmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Lakin qarşıdan Novruz bayramı gəldiyini, Ulduzun da evində gözləyən uşaqlarının olduğunu, özü də elə bir əqidəyə sahib olmadığı üçün Ulduzun həbs edilməsini istəmir. Göstərilənərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli, 08 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bud nahiyəsində sıyrıq, alın, sağ sağrı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən bir gün əvvələ uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, himayəsində azyaşlı övladlarının olmasını, törətdiyi əməldən peşiman olmasını nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar