Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-266/2024 01.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair 27 mart 2024-cü il tarixli 00400-00401/24 nömrəli protokol əsasında olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə olan inzibati işə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Astara Gömrük İdarəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli 00400-00401/24 nömrəli protokoldan məlum olur ki, Astara Gömrük idarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1300/012/000249 nömrəli 27.01,2024-cü il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırmaaparılaraq müəyyən edilmişdir ki, iran İslam Respublikası Astara səhərində yerləşən “X3” şirkətinin adından Azərbaycan Respublikası Astara rayon sakini Nümayəndə (VQEN:**********) adına Azərbaycan Respublikası vətəndaşı ibrahim Fevziyevin idarə etdiyi “Mercedes Benz” markalı ‘‘07BX474/99ZD370” dövlət qevdivvat nişanlı yük masını ilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Astara Gömrük İdarəsinə daxil olmuş “polietilen torbalar” yükü sərbəst dövriyyə buraxılış - idxal gömrük prosseduru altında rəsmiləşdirildikdən sonra, yükü müşaiyət edən sənədlərdə yükün öloüsü barədə göstərilən məlumatlar sübhə doğurduğuna görə əməkdaşlarımız tərəfindən saxlanılmış və həmin yükə gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə nömrəsiz CMR, '‘505’’ nömrəli invoys, “**********1533” sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə qoşquda olan “polietilen torbalar” yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yüklər arasında uyğunsuzluq olması şübhəsi yaranmışdır. Belə ki, yükü müşaiyət edən sənədlərdə ümumi çəkisi 28350 (iyirmi səkkiz min üç yüz əlli) kq olan “polietilen torbalar” yükünün qalınlığı 17 mikron (0.017 mm) göstərildiyi halda, faktiki olaraq qoşquda olan həmin yükün qalınlığının İ5 mikrondan aşağı olması şübhəsi yarandığından saxlanılmışdır. Daha sonra ümumi çəkisi 28500 (iyirmi səkkiz min bes vüz) kq olan “polietilen torbalar” yükünün ölçüsünü müəyyənləşdirmək məqsədilə həmin yükdən seçmə üsul ilə nümunələr götürülmüş və ekspertiza tədqiqatından keçməsi üçün sözügedən nümunələr Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə, sonra isə daha dəqiq nəticənin əldə edilməsi üçün Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizasi Mərkəzi"nə göndərilmişdir. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizasi Mərkəzi"nin 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/806 nömrəli rəyi ilə isə sənədlərdə ümumi çəkisi 28350 (iyirmi səkkiz min üç yüz əlli) kq olan “polietilen torbalar” yükünün qalınlığının 15 mikrondan aşağı olması məlum olmuşdur. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 mart 2024-cü il tarixli 00400-00401/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən Nümayəndə məhkəmə iclasında göstərdi ki, o, İran İslam Respublikasında yerləşən şirkət ilə müqavilə əsasında “polietilen torbalar” yükünü idxal edir. Onların razılaşmalarına əsasən ümumi çəkisi 28350 (iyirmi səkkiz min üç yüz əlli) kq olan “polietilen torbalar” 15 mikrona qədər ol malı idi. O, heç bir qanunun tələblərini pozmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, Nümayəndə aşkar edilərək götürülmüş ümumi çəkisi 28500 (iyirmi səkkiz min bes vüz) kq olan “polietilen torbalar” yükü Astara Gömrük İdarəsinin Təhqiqat bölməsinin anbarına müvəqqəti saxlanca verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizasi Mərkəzi"nin 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/806 nömrəli ekspertiza rəyindən görünür ki, Nümayəndə aşkar edilərək götürülmüş tədqiqata təqdim edilmiş ümumi çəkisi ekspretiza rəyinə əsasən tədqiqata təqdim edilmiş çəkisi 760 (yeddi vüz altmış) kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 11.0 mikron; aşağı hissələri 13.0 mikron, çəkisi 560 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 12.0 mikron, aşağı hissələri 10,5 mikron; çəkisi 460 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 10.0 mikron, aşağı hissələri 13.0 mikron; çəkisi 2074 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 10.5 mikron, aşağı hissələri 10.0 mikron. çəkisi 680 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 8.5 mikron, aşağı hissələri 11.0 mikron, çəkisi 400 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 12.0 mikron, asaqı hissələri 11.0 mikron, çəkisi 540 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 13.5 mikron, aşağı hissələri 13.0 mikron, çəkisi 1000 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 14.5 mikron, asaqı hissələri 14.0 mikron, çəkisi 440 kq kimi göstərilən polietilen paketlərin yuxarı hissələri 11.0 mikron. asaqı hissələri 10.0 mikron olduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nümayəndə qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməklə, inzibati cərimə tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinsin. İnzibati xətanın predmeti olan və Astara Gömrük İdarəsinin Təhqiqat bölməsinin anbarında saxlanılan ümumi çəkisi 28500 (iyirmi səkkiz min bes vüz) kq olan “polietilen torbalar” yükü dövlət nəfinə müsadirə olunsun. Nümayəndə 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-266/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-266/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver