Məhkəmə qərarları › İş №3(018)-278/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-278/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-278/2025 01.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X2 tərəfindən Şəxs barəsində 10 aprel 2025-ci il tarixində saat 13:00 radələrində Astara şəhərində keçirilən reyd zamanı “Mercedes” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti göstərməsi aşkarlanmış və sürücü qanunla müəyyən edilmiş tələb olunan sənədləri əməkdaşa təqdim etməmişdir. Buna görə Şəxs barəsində 10 aprel 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs və Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə, işə Şəxs və Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10 aprel 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sərnişindaşıma fəaliyyəti ilə bağlı lazım olan sənədləri təqdim etməməmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, Şəxs “Mercedes” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur.Nəqliyyat vasitəsinin ön şüşəsində “sifaiş” və mobil nömrə yazıları öz əksini tapır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Mercedes Benz markalı **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 10 aprel 2025-ci il tarixində saat 13:00 radələrində Astara şəhərində keçirilən reyd zamanı “Mercedes” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmiş, sürücü Şəxs tələb olunan sənədləri təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edildikdə cəzanın məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar