Məhkəmə qərarları › İş №3(018)-28/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-28/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-28/2025 16.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 22 noyabr 2024-cü il tarixdə isə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin İdarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəmənin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində Astara RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz ova qarşı təşkil olunmuş reyd keçirilərkən Astara rayonu, Ərçivan qəsəbəsi sakini X5 və Şəxs 5 ədəd müxtəlif növ çöl quşlarını ovladıqları aşkarlanmışdır. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Astara rayonu Ərçivan qəsəbəsində ailəsi ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində tanışı Rahim Rzayev ilə birlikdə ov edərkən Astara RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, qanunsuz ov ilə məşqul olmağı barədə inzibati məsuliyyətə cəlb olunacağı barədə ona məlumat vermişlər. Etdiyi xətanı başa düşür, bir daha bu və bu kimi hallara yol verməyəcəyinə söz vermişdir. Əməlindən peşman olmasını nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X2 izahatında göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbə sakini Şəxs xx.xx.2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində çöl quşları ovlamaqla ov qaydalarını pozmuşdur. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, protokolu tərtib etmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 51 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində qanunsuz ov etdiyinə, ov qaydalarını kobud şəkildə pozduğuna görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 44-cü maddəsinə əsasən həmin məcəllənin 272.3-cü maddəsi üzrə səlahiyyət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verildiyindən Şəxs barəsində tərtib edilmiş protokol və iş materialları baxılması üçün həmin İdarəyə göndərilmişdir. İş materiallarında olan fotolardan görünür ki, Şəxs tərəfindən çöl quşları ovlanmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – ov hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar