Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-290/2023 11.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 qəbul etdiyi MN ******* nömrəli, 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə cərimə edilmişdir. X5 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 13 mart 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X8 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 78193 saylı akt və xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında ******* saylı protokol və xx.xx.2023-cü il tarixində isə İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə qərar qəbul edilərək barəsində 600(altı yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Həmin İnzibati protokolda və qərarda qeyd edilmişdir ki, guya tərəfindən Astara Rayonu Şahağacı kəndi ərazisində Dəniz kənarında qanunsuz olaraq qazıntı işləri aparılmış və 1.5 m. kub həcmində qum götürülmüşdür. Qeyd edir ki, barəsində aparılan İnzibati araşdırma ilə razı deyil. Çünki o, dəniz qırağında qazıntı işləri aparmamış və idarə əməkdaşları isə qazıntı işlərinin aparılmas zamanı onu saxlamayıb. Onu Astara rayonu Şahağacı Şiyəkəran yolunda hərəkətdə olarkər ona məxsus T-16 markalı 07-T230 DNN-lı traktorla saxlamışlar. İdarə əməkdaşları ona qumu hardan gətirdiyini soruşduqda o, qumu tanışı Astara Rayonu Şahağacı kənd sakin Dəyyan adlı şəxsdən aldığını bildirmişdir. Yazılı izahatı olmadan şifahi olarq bu barədə idarə əməkdaşlarının diqqətinə çatdırmış. Onun barəsində xx.xx.2023-cü il tarixində guya inzibati araşdırma aparılmış iştirakı olmadan fikir mövqeyi soruşulmadan və izahat və ya ərizəsi alınmadan inzibati orqanın əməkdaşları tərəfindən inzibati araşdırma üçün əhəmiyyət kəsb edən hallar və xüsusatlar araşdırılmadan, iştirakı olmadan ərazidən uzaq idarənin yerləşdiyi inzibati binada protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş qərar əsassızdır və qərarın məhkəmə tərəfindən ləğv edilməsini xahiş erdi. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirdi ki, Xidməti reyd keçirildiyi zaman X2 qanunsuz olaraq qum daşıması halı aşkar edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin əməkdaçları tərəfindən bu qanunsuz qum daşımanın qarşısı alınmış və X5 barəsində inzibati protokol və qərar tərtib edilərək o, Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin qərarı tam qanuni və əsaslıdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 qəbul etdiyi MN ******* nömrəli, 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.-qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3.- bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4.- bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5.- şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. İşin sadalanan hallları əsas götürən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi üçün əsaslar mövcud olmadığına görə şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 şikayəti təmin edilməsin. X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, 13 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-290/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-290/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver