Məhkəmə qərarları › İş №3(018)-296/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-296/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-296/2025 04.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN-nin Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə olunmuşdur. Təxminən iki aydan çox vaxt keçəndən sonra bu barədə ona rəsmi məlumat verilib. Ona görə də müraciət edərək, qanunla müəyyən edilmiş qaydada və müddətdə cərimə tərtib edilmədiyinə görə onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X4 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EQ 25426950 saylı qərarın ləğvi barədə şikayətinin təmin olunmaması, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 327.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin BDYPİnin əməkdaşı tərəfindən qəbul edilmiş EQ25426950 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X2 Rayon Məhkəməsinin 3(018)-296/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından narazı qaldığından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-281/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 3(018)-296/2025 nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraat materiallarının qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Astara Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək xx.xx.2025-ci il tarixli, EQ 25426950 saylı qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş X11 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25426950 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində Astara şəhəri, H.Əliyev prospektində X6 “Vaz-21063” minik markalı, 07BB141 dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X10 İnternet Portalından çıxarışın surətindən görünür ki, X3 xəbərdarlıq vasitəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərar barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Vaz-21063” minik markalı, 07BB141 dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, X6 xx.xx.2025-ci il tarixində Astara şəhəri, H.Əliyev prospektində “Vaz-21063” minik markalı, 07BB141 dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 törətməsində təqsirli bilindiyi inzibati xəta xx.xx.2025-ci il tarixdə törədilmiş, xüsusi texniki vasitənin məlumatına əsasən aşkarlanmış və qərar xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Qanunun mənasından da göründüyü hazırki İXM-in 327.2-ci maddəsi ilə tərtib edilmiş elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməli idi ki, xx.xx.2025-ci il tarixdə qəbul edilmiş elektron qərar elə xx.xx.2025-ci il tarixdə də elektron kabinetdə yerləşdirilmiş və sms xəbərdarlıq vasitəsi ilə şikayətçi məlumatlandırılmışdır. Buna görə də, X1 inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25426950 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar