Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-297/2025 28.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Astara rayonu, Səncərədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Astara rayonu, Səncərədi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 15 aprel 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs bədəninə xəsarətlər yetirməklə onu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında, hazırda zərərçəkmiş şəxsin onunla barışdığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Tağıyeva X1 Afiq Rəşid oğlu ilə barışdığını, ona dəymiş zərərin barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən ödənildiyini, onun Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Malik Məmmədov küçəsi 10, mənzil 21-də qeydiyyatda olan və yaşayan, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Rüstəmzadə X2 Respublikası İXM-nın 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı və bununla yanaşı Azərbaycan Respublikası İXM-in 232-1-ci (özgənin əmlakını az miqdarda qəsdən məhv etmə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın suratinin Astara RPŞ-nin İTB-na göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 canlı şəxsin ekspertizasının 11 mart 2025-ci il tarixli, 55 nömrəli rəyində göstərilmişdir ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki bazu, hər iki bud nahiyələrində qançırlar, onurğa sütununun döş şəbəsi nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs bədəninə xəsarətlər yetirməklə onu döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırda barəsində inzibati qaydada icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-297/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-297/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver