Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-3/2024 19.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X5 müdafiəçisi, Vəkil iştirakı ilə, 09 may 1953-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-də Radologiya şöbəsində müdir vəzifəsində işləyən, Astara rayonu Şahağacı kəndində yaşayan X9 barəsində çıxarılmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: X5 müdafiəçisi, Vəkil Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin baş məsləhətçi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli ********** saylı inzibati xəta haqqında protokola əsasən Agentliyin rəis müavinin 17 noyabr 2023-cü il tarixli MN ******* saylı tənbeh edilməsinə dair qərarı ilə inzibati tənbeh edilmişdir ki, o, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin etməmişdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 268.0.1-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 müdafiəçisi, Vəkil şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsində əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X5 müdafiəçisi, Vəkil izahat verərək bildirdi ki, X3 rayon Mərkəzi Xəstəxanası PHŞ-də Radologiya şöbəsində müdir vəzifəsində işləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin baş məsləhətçi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli ********** saylı inzibati xəta haqqında protokola əsasən X1 rəis müavinin 17 noyabr 2023-cü il tarixli MN ******* saylı tənbeh edilməsinə dair qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 268.0.1-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh edilmişdir ki, o, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin etməmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin yoxlama tədbirlərinin nəticələri üzrə QN -23\250No-li 01 noyabr 2023 - cü il tarixli qərarında qeyd edilir ki,ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə yoxdur. Qərarın bu bəndi ilə əlaqədar olaraq qeyd edir ki, Qəhrəman Hüseynov dövlət xəstəxanasinda fəaliyyət göstərən həkimdir və o, həmin icazəni almamlıdır və buna görə məsuliyyət daşımır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2004 - cü il 42 - saylı qərarina əsasən xüsusi icazəni hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar almalıdırlar. Qəhrəman Hüseynov hüquqi şəxsin rəhbəri olmadığı üçün o, belə bir xüsusi icazə ala bilməz və buna görədə o, məsuliyyət daşımır. Həmin qərarın ikinci bəndində qeyd olunur ki, müəssisənin radioloji qigenik pasportu yoxdur. Qeyd edirəm ki, müəssiənin radiolji- qiqenik pasportunu rentqen həkimi deyil,müəssisəni rəhbəri almalıdır. Buna görə o, məsuliyyət daşımır. Ümumiyyətlə qeyd edir ki, həmin qərarda göstərilmiş 14 adda nöqsan Qəhrəman Hüseynovun səlahiyyətlərinə aid deyildir. Həmin məsələlər Azərbaycan Respublikası Səhiyy Nazirliyi tərəfindən həll olunmalıdır. Qərarın 7-ci bəndində qeyd olunur ki,ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunmayıb. Qəhrəman Hüseynov bu fərdi dozimetrləri hardan əldə etməlidir? Bu dozimetrlər Səhiyyə Nazirliyi tərəfindən alınmalı, onlara verilməlidir. Əgər verilibsə iscilər işlətməyibsə buna Qəhrəman Hüseynov məsuliyyət daşıyardı. Daha sonra 12- ci bəndə qeyd olunur ki, Şüa diaqnostikası və şüa terapiyası şöbələrində otaqların tərkibi minimal sahələri normativlərə uyğun deyil. Qəhrəman Hüseynov dövlət tərəfindən tikilmiş və Fövqaladə hallar nazirliyi və digər orqanlar tərəfindən qəbul olunmuş xəstəxaanada mövcud olan rentgen kabinetində işləyir. O, həmin otaqlara dəyişikli edə bilməz və etməmişdir. Buna görə o, məsuliyyət daşımir. Qəhrəman Hüseynova ünvanlanmış 01 noyabr tarixli qərarda Pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər qeyd olunmuşdur. Qeyd edirik ki, həmin pozuntulari aradan qaldırmaq onun səlahiyyətində deyildir. Beləki həmin tədbirlərin 1- ci bəndində qeyd olunur ki, xüsusi icazə tələb olunur həmin icazəni almaq onun səlahiyyətində deyildir, bunu hüquqi şəxsin rəhbəri almalıdır. 2 -ci bənddə qeyd olunur ki, radioloji - gigenik pasport alınmalıdır ki, buda onun səlahiyyətində deyildir.Ümumiyyətlə həmin 14 adda tədbirin heç biri onun səlahiyyətinə aid deyildir və o, həmin tədbirləri görə bilməz. Bu tədbirləri müəssisədə buna məsul olan şəxs görməlidir. Qəhrəman Hüseynov haqqında 01 noyabr 2023 - cü il tarixdəİnzibati Xətalar Məcəlləsinin 268.0.1 - ci maddəsi ilə MN No ******* sayli protokol tərtib edilmişdir. Həmin protokolun tərtib edilməsindən Qəhrəman Hüseynovun məlumatı olmamış və həmin protokolun tərtib edilməsində iştirak etməmişdir. Bu isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasıdır. Bunlara əsasən o hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarı qanunsuz olmasına görə ləğv edilməlidir. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi X16 göstərdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin 23 oktyabr 2023-cü il tarixli Q-23/249 nömrəli qərarına əsasən agentliyin əməkdaşları tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də, Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də olan ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğulara cavbdeh şəxs Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-də Radologiya şöbəsində müdir vəzifəsində işləyən X5 iştirakı ilə planlı yoxlama aparılmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, orada ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazəsi, müəsissənin radioloji-gigiyeniik pasportu yoxdur, şüa diaqnostikası və şüa terapiyası şöbələrində otaqların tərkibi və minimal sahələri normativlərə uyğun deyildir, rentgen diaqnostika kabinetlərinin stasionar qorunma vasitələrinin quruyucu xususiyyətləri radiasiya təhlükəsizliyi tələbləri ilə müəyyən edilmiş doza hədlərinin yolverilən səviyyədə olmasını təmin etmir və rentgen kabinetlərinin ayrıca quraşdırılmış ventilyasiya sistemi yoxdur. Buna görə də agentliyin əməkdaşları tərəfindən məcburi tələblər hazırlanaraq Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə təqdim edilmişdir. Bundan sonra onlar tərəfindən X9 barəsində 01 noyabr 2023-cü il tarixli ********** saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərarın ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də X9 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Əvvəlki Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 da əsasən X16 ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə barəsində qərar çıxarılmış X5, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin nümayəndəsi X12 və X7 izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, inzibati işin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X9 09 may 1953-cü ildə Astara rayonunda anadan olmuş, , Astara rayonu Şahağacı kəndində yaşayır. İnzibati işin materiallarına əlavə olunmuş 01 noyabr 2023-cü il tarixli P-23/249 saylı yoxlama aktından məlum olur ki, Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də aparılan yoxlama zamanı orada ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazəsi, müəsissənin radioloji-gigiyeniik pasportu yoxdur, şüa diaqnostikası və şüa terapiyası şöbələrində otaqların tərkibi və minimal sahələri normativlərə uyğun deyildir, rentgen diaqnostika kabinetlərinin stasionar qorunma vasitələrinin quruyucu xususiyyətləri radiasiya təhlükəsizliyi tələbləri ilə müəyyən edilmiş doza hədlərinin yolverilən səviyyədə olmasını təmin etmir və rentgen kabinetlərinin ayrıca quraşdırılmış ventilyasiya sistemi yoxdur. Aktın izahat hissəsinə “38 il ərzində heç bir xəbərdarlıq edilməyib, 31 oktyabr 2023-cü il” sözləri qeyd edilmiş X9 adının qarşısında imza vardır. İnzibati işin materiallarına əlavə olunmuş 01 noyabr 2023-cü il tarixli ********** saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, 01 noyabr 2023-cü il tarixdə Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də aparılan yoxlama zamanı İSM ilə iş vaxtı radiasiya təhlükəsizliyinin təmin edilmir (Xüsusi icazə yoxdur), buna görə də 19 avqust 1998-ci il tarixli 758 nömrəli fərmanın 3-cü bəndinin tələblərini yerinə yetmədiyinə görə həmin protokol tərtib edilmişdir. Həmin protokol X5 iştirakı olmadan tərtib edilmiş, ona hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd edilməmiş, protokolun surəti X8 təqdim edilməmiş, protokol X9 tərəfindən imzalanmamışdır. İnzibati işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-də aparılan yoxlama zamanı Azərbaycan Respublikası Prezdentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli fərmanın 3-cü bəndinin tələblərinin pozulmasına görə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-in drektorunun 15 may 2023-cü il tarixli 33 nömrəli əmrindən məlum olur ki, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-də ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğulara cavabdeh şəxs Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-də Radologiya şöbəsində müdir vəzifəsində işləyən X9 təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin 01 noyabr 2023-cü il tarixli P-23/249 saylı yoxlama aktından məlum olur ki, aktın tarixi 01 noyabr 2023-cü il olsa da 01 gün əvvəl 31 oktyabr 2023-cü il tarixdə X9 tərəfindən imzalanmışdır. X2 məlumat verilmədən, onun iştirakı olmadan 01 noyabr 2023-cü il tarixli ********** saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də həmin protokol X5 iştirakı olmadan tərtib edilmiş, ona hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd edilməmiş, protokolun surəti X8 təqdim edilməmiş, protokol X9 tərəfindən imzalanmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X5 müdafiəçisi, Vəkil şikayəti təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X4 üzrə Dövlət Agentliyinin rəisnin müavini tərəfindən qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-3/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-3/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver