Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-304/2024 07.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X1 iştirakı ilə, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X3 İdarəsinin mütəxəssisi X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 aprel 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, 04 aprel 2024-cü il tarixdə saat 14:39 radələrində Astara Gömrük İdarəsinin ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “İcazə” blankının jurnalını başqa şəxsə, “Mersedes Yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ötürmüşdür. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X3 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X2 verdiyi izahatında göstərdi ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində drektoru vəzifəsində işləyir. 04 aprel 2024-cü il tarixli MN ******* saylı protokolda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona məxsus olan “İcazə” blankının jurnalı başqa şəxsə verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X3 İdarəsinin mütəxəssisi X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 aprel 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərkən ona və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmədən, iştirakları olmadan tərtib edilmişdir. Həmçinin qeyd edilən idarənin əməkdaşları tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli akt onlara məlumat veilmədən, iştirakları olmadan, ancaq idarənin əməkdaşları tərəfindən tərtib edilmişdir. Ona görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam veril verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş 04 aprel 2024-cü il tarixli MN ******* saylı protokoldan və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 04 aprel 2024-cü il tarixli aktdan məlum olur ki, 04 aprel 2024-cü il tarixdə saat 14:39 radələrində Astara Gömrük İdarəsinin ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “İcazə” blankının jurnalını başqa şəxsə, “Mersedes Yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ötürülmüşdür. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X3 İdarəsinin mütəxəssisi X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 aprel 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərkən ona və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmədən, nümayəndəsinin iştirakları olmadan tərtib edilmişdir. Həmçinin həmin protokolun tərtib edilməsinə əsas olan 04 aprel 2024-cü il tarixli akt da ancaq Lənkəran Regional İdarəsinin əməkdaşlarının iştirakı ilə onlar tərəfindən tərtib edilmişdir. Məhkəmə iclasında 04 aprel 2024-cü il tarixdə saat 14:39 radələrində Astara Gömrük İdarəsinin ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “İcazə” blankının jurnalını başqa şəxsə, “Mersedes Yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ötürülməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X2 isə belə bir halın baş vermədiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarına hüquqi qiymət verib hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsinə əsasən “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə-fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, inzibati xəta haqqında iş materiallarında olan 04 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə məlumat verilməmiş, nümayəndəsi tərəfindən imzalanmamış, hüquqları izah edilməmiş, hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə də həmçinin o da aydın oldu ki, 04 aprel 2024-cü il tarixli akt da ancaq Lənkəran Regional İdarəsinin əməkdaşlarının iştirakı ilə onlar tərəfindən tərtib edilmiş, hüquqi şəxsin nümayəndəsinin və ya “Mersedes Yük” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün iştirakı təmin edilməmişdir. Eləcə də “İcazə” blankının jurnalı inzibati materiala əlavə edilməmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsi barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanan halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-304/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-304/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver