Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-306/2024 19.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun vəkili X1 iştirakı ilə, xx.xx.2006-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 dekabr 2023-cü il l tarixdə saat 10:00-da nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri Nuru Paşa küçəsində hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobili yolun sağında olan divara çırpmışdır. Nəticədə “Toyoto Aures” markalı, **-AK- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana səbəb olan zərər yetirmiş və sərnişin Zərərçəkmiş şəxs yüngül zərərvurmaya səbəb olan xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 13 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Əmisinə məxsus olan “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edir. 23 dekabr 2023-cü il l tarixdə saat 10:00-da nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri Nuru Paşa küçəsində hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobili yolun sağında olan divara çırpmışdır. Nəticədə “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana səbəb olan zərər yetirmiş və sərnişin Zərərçəkmiş şəxs yüngül zərərvurmaya səbəb olan xəsarət almışdır. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İnzibati materiala əlvə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan, Azərbaycan Respublikası Astara RPŞ-nin DYPB-nin 13 aprel 2024cü il tarixli, İXP ******* saylı protokolundan və yol-nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, Şəxs oğlu 23 dekabr 2023-cü il l tarixdə saat 10:00-da nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri Nuru Paşa küçəsində hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobili yolun sağında olan divara çırpmışdır. Nəticədə “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana səbəb olan zərər yetirmiş və sərnişin Zərərçəkmiş şəxs yüngül zərərvurmaya səbəb olan xəsarət almışdır. Lənkəran Avtomatorservis və Ticarəti müəssisəsinin 6 saylı ATXB-nin ustasının Aktından məlum olur ki¸ 23 dekabr 2023-cü il l tarixdə saat 10:00-da olan yol-nəqliyyat hadisəsi nəticəsində “Toyoto Aures” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5700 manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Astara rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-306/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-306/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver