Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-31/2023 30.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, Astara rayon prokurorunun böyük köməkçisi X3 və “Astara rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru X4 iştirakları ilə, “Astara rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə Astara rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Astara rayon mərkəzi xəstəxanası” PHŞ-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X7 PHŞ-nin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Miqrasiya Məcəlləsinin 51-ci maddəsinə əsasən, Rusiya Federasiyası vətəndaşı X2 xəstəxanada hüquqşünas vəzifəsinə işə qəbul edilməsi zamanı sonuncunun iş icazəsinin alınması tələb olunduğu halda, həmin tələbləri pozaraq, yəni, iş icazəsi almayan Çingiz Həsənovla xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla onu Astara rayon mərkəzi xəstəxanası PHŞ-də hüquqşünas vəzifəsi üzrə işə götürmüşdür. Bununla da “Astara rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar “Astara rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi barəsində Azərbaycan rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Astara rayon prokurorunun böyük köməkçisi X8 göstərdi ki, xx.xx.2022-ci il tarixdə DTX-nin Astara rayon şöbəsindən Rusiya Federasiyası vətəndaşı X2 RF-da polis akademiyasında ali təhsil alması və diplomunun qanunamüvafiq qaydada Azərbaycan Respublikasında tanınamdan saxta yolla Astara rayon mərkəzi xəstəxanası PHŞ-də hüquqşünas vəzifəsində işləməsi barədə məlumat daxil olmuş, məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq icazəsi olan X1 rayon mərkəzi xəstəxanası PHŞ-də vakant olan hüquqşünas vəzifəsində işə düzəlmək üçün müraciət etmiş, sonuncu ilə PHŞ arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla, Çingiz Həsənov xəstəxanada hüquqşünas vəzifəsi üzrə işləməyə başlamışdır. Lakin, Çingiz Həsənov işə qəbul edilən zaman Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51-ci maddəsində nəzərdə tutulmuş qaydada Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazəsinin alınması üçün müraciət edilməmişdir. Araşdırma zamanı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli qərarla CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, lakin Astara rayon mərkəzi xəstəxanası PHŞ barəsində İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmiş, sözügedən qərar və toplanmış materiallar baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Toplanmış materiallar ilə «Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin” İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nzərədə tutulmuş inzibati xəta hadisəsini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, «Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru X7 izahatında göstərdi ki, 2020-ci ildən Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində işləyir. X5 2021-ci ildən xəstəxanada hüquqşünas vəzifəsində işə başlamışdır. Belə ki, Çingiz Həsənov vakant hüquqşünas vəzifəsi üzrə müraciət etdikdən sonra sonuncunun sənədləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş, Agentlikdən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda Çingiz Həsənovun xəstəxanada vakant olan hüquqşünas vəzifəsinə işə qəbul edilməsinə etiraz olunmadığı qeyd edildiyindən həmin tarixdən xəstəxanada hüquqşünas vəzifəsində işə qəbul edilmişdir. X13 Federasiyası vətəndaşı olması səbəbindən iş icazəsinin alınmasından ötrü Dövlət Miqrasiya Xidmətinə müraciət etmək lazım olduğunu bilməmişdir. Çingiz Həsənov artıq öz ərizəsi əsasında işdən çıxmışdır. Odur ki, hüquqi şəxs “Astara rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi arəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Astara rayon prokurorunun böyük köməkçisi X3 və Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru X4 izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Astara rayon mərkəzi xəstəxanası X15 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materaillarında olan Dövlət Miqrasiya Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli ******* saylı məktubdan görünür ki, Rusiya Federasiyası vətəndaşı X2 əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş materaillarında olan X10 Xidmətindən daxil olmuş 30 dekabr 2022-ci il tarixli **********0 saylı məktubdan və məktuba əlavə edilmiş şəxsin əmək fəaliyyəti ilə əlaqədar məlumatlardan görünür ki, X14 rayon mərkəzi xəstəxanası PHŞ arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Astara rayon mərkəzi xəstəxanası” PHŞ-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Astara rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib 15.000 (on beş min) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-31/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-31/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver