Məhkəmə qərarları › İş №3(018)-310/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-310/2024

19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-310/2024 19.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X4 oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1994-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 30 mart 2024-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə idarə etdiyi «Murovey» markalı, üç təkərli motosikletlə Astara şəhəri, Nizami küçəsi ilə Astara şəhər istiqamətində yolun sağ tərəfi ilə öz hərək zolağında 30 km/saat sürətlə hərəkət etdirərkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunları etməmiş, düzgün ara məsafə saxlamadan, avtomobilin öz hərəkət zolağının təhlükəsiz hərəkətini təmin etməyərək, qarşıda öz hərəkət istiqaməində sağ tərəfdə yolun kənarında dayandırılmış Zərərçəkmiş şəxs məxsus KİA SORENTO minik ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfinə dəymişdir. Araşdırma zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara şəhəri, Nizami küçəsi ev 146-da yaşayır. özünə məxsus üç təkərli “Murovey” motosikletini dövlət qeydiyyatından keçirmədən, sürücülük vəsiqəsi olmadan idarə etməsini, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərinə bazara paltar almağa getməsin orada tanımadığı taksi sürücüsündən nəşə tapa biləcəyini soruşmasını, “tapacaq" deyə taks sürücüsü ona bildirməsini, sürücüyə 10 manat pul verməsini, 15-20 dəqiqədən sonra sürüc ona bir çəkimiik marixuana gətirməsini, aldığı marixuananı xx.xx.2024-cü il tarixdə evində istifadə etməsini, xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi motosikle Astara şəhəri Nizami küçəsi ilə Astara şəhər istiqamətində yolun sağ tərəfi ilə öz hərəke zolağında 30/km saat sürətlə hərəkət etdirərkən sol tərəfdə yolun kənarında duran şəxslər baxmasını, düzgün ara məsafəsi saxlamadığına görə öz hərəkət istiqamətində sağ tərəfd yolun kənarında dayandırılmış Zərərçəkmiş şəxs məxsus KİA SORENTO minik 7 FA 546 dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə motosikletin dəyməsini, avtomobili arxa sol tərəfi əzilməsini, eyni zamanda motosikletin yolun mərkəzinə aşması nəticəsində müxtəlif bədən xəsarətləri almasını, baş vermiş yol-nəqliyyat hadisəsinin səbəbkarı olmasır göstərmişdir. Buna görə də barəsində protokol tərtib edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşimançılıq çəkir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Ona dəymiş ziyanın bir qismini ödəmişdir. Odur ki, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, Bakı şəhəri, Səbayıl rayonu Badamdar qəsəbəsi massivi, döngə 10 ev 446-da qeydiyyatda olan, hazırda Astara şəhəri İstiqlaliyyət küçəsi bina 30 mənzil 2-də kirayədə yaşayır, Astara rayon İcra v Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. Zəngilan rayonu Alibəyli ərazi dairəsi, birinci Alibəyli kəndində qeydiyyatda olan Bakı şəhəri Nərimanov rayonu ev 98 A.M.414-də müvəqqəti yaşayan X1 adına olan KİA SORENTO minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-ci il tarixdə ona verilmiş, xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə ilə idarə etməsini, xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi avtomobillə tanışı X3 küçəsində kirayədə yaşadığı ünvanıa gəldiyini, avromobili yolun kənarında öz hərəkət istiqamətində dayandırdığını, təxminən saat 21 radələrində yol tərəfdən aşma səsin eşitməsini, çölə çıxdığını, avtomobilin sol tərəfinə yolun mərkəzində “Murovey” markalı üç təkərli motosikletin aşmasını, motosikletin sürücüsü Şəxs isə yolun mərkəzində uzanmasını görməsini, Şəxs idarə etdiyi motosiklet onun avtomobilin arxa hisəsinə dəyməsi məlum olmuş, avtomobilin arxa sol tərəfi əzilməsini, avtomobilinə 2785 (iki min yeddi yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda avtomobilinə dəymiş olan maddi ziyanın 1000 manatını ödəmiş, qalan məbləği ödəyəcəyinə söz vermişdir. Şəxs şikayətçi deyil. İş materiallarına əlavə olunmuş 30 mart 2024-cü il tarixli, 000458 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan müayinə” protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan kannabinoid aşkar olunmuşdur. İş materillarında olan 01 aprel 2024-cü il tarixli 277890 saylı qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs KİA SORENTO minik ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilinə 2785 (iki min yeddi yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, zərərçəkmiş şəxslərin ona qarşı hazırda şikayətlərinin olmadığını nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar