Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-336/2024 25.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astararayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Astara rayonu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara şəhəri Nizami küçəsi eb 68-də qeydiyyatda olmaqla, yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 535.1-ci maddələri ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Astara şəhəri, H.Əliyev prospektində və S.Vurğun küçəsində 24 aprel 2024-cü il tarixdə saat 18:10 radələrində idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, aşkar surətdə iki mexaniki njəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirmişdir. Belə ki, o, Astara şəhəri, H.Əliyev prospektində və S.Vurğun küçəsində 24 aprel 2024-cü il tarixdə saat 18:10 idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkətdə olan «TOYOTO QOROLLO» markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət yarışı həyata keçirmişdir. Bundan başqa o, 24 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində Astara şəhəri və S.Vurğun küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Astara rayon polis şöbəsinin əməkdaşları xidməti vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta hadisəsi və idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin protokollar və əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs əməlini tam etiraf edərək vermiş olduğu izahatında göstərdi ki, Astara şəhərində yaşayır. 24 aprel 2024-cü il tarixdə saat 18:10 radələrində Astara şəhəri, H.Əliyev prospektində və S.Vurğun küçəsində idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkətdə olan «TOYOTO QOROLLO» markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət yarışı həyata keçirtməklə avtoxuliqanlıq etmişdir. Buna görə 24 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona avtoxuliqanlıq etməsini bildirdikdə əsəbləşib, ucadan səs-küy salmış və polis əməkdaşları onu sakitləşdirmək istəsələrdə onlara tabe olmamışdır. Hazırda törətdyi əməldən peşimandır. Bir daha belə hallara yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin əməkdaşı X1 vermiş olduğu izahatında göstərdi ki, o, Astara rayon polis şöbəsinin DYB-də işləyir. Şəxs 24 aprel 2024cü il tarixdə saat 18:10 radələrində Astara şəhəri, H.Əliyev prospektində və S.Vurğun küçəsində idarə etdiyi «TOYOTO PRİUS» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkətdə olan «TOYOTO QOROLLO» markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət yarışı həyata keçirtməklə avtoxuliqanlıq etmişdir. Buna görə o, 24 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində onlar tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona avtoxuliqanlıq etməsini bildirdikdə əsəbləşib, ucadan səs-küy salmış və onlar onu sakitləşdirmək istəsələrdə onların qanuni tələblərinə tabe olmamışdır. Lakin buna baxmayaraq tərəflərindən həmin şəxs polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 24 aprel 2024-cü il tarixdə, saat 19:30-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətaları törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinəşüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına vəinzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrəicraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, təqsirinin dərəcəsini, qərəzli olmasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, ona nəqiliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 24 aprel 2024-cü il tarixdən, saat 19:30-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Baş X4 İdarəsinin 5 saylı Lənkəran RQİB-yə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-336/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-336/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver