Məhkəmə qərarları › İş №3(018)-338/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-338/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-338/2023 14.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs Fəqan oğlunun iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Fəqan oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs Fəqan oğlundan 4530 (dörd min beç yüz otuz) manat pul alınıb, X3 verməlidir. İbrahimov X4 Rayon Məhkəməsinin 25 dekabr 2018ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmasına görə Astara Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(018)-254/2022 saylı qərarı ilə 08 (səkkiz) gün inzibati qaydada həb edilməsinə baxmayaraq yenidən Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən qərəli surətdə boyun qaçırtmışdır. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs Fəqan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 mart 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Fəqan oğlu vermiş olduğu izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən ondan 4530 (dörd min beç yüz otuz) manat pul alınıb, X3 verməlidir. O, Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmasına görə Astara Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(018)- 254/2022 saylı qərarı ilə 08 (səkkiz) gün inzibati qaydada həb edilmişdir. Lakin işləmədiyi, maddi imkanı aşağı olduğu üçün borcunu ödəməmişdir. Borcunu tez bir zamanda ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 4530 (dörd min beç yüz otuz) manat pul alınıb, X3 verməlidir. İbrahimov X4 Rayon Məhkəməsinin 25 dekabr 2018ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmasına görə Astara Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(018)-254/2022 saylı qərarı ilə 08 (səkkiz) gün inzibati qaydada həbs edilməsinə baxmayaraq Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnaməsinə və icra vərəqəsini heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İş materillarında olan Astara Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs Fəqan oğlundan 4530 (dörd min beç yüz otuz) manat pul alınıb, X3 verməlidir. İş materillarında olan Astara rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(018)- 254/2022 saylı qərarından məlum olur ki, İbrahimov X4 rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(018)-1327/2018 saylı qətnamələrini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada tənbeh edilmişdir. İş materillarında olan bildiriş və icraata başlamaq haqqında qərarlardan məlum olur ki, məhkəmə qətnaməsi və icra vərəqəsi icra edilməli olması izah edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fəqan oğlunun bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fəqan oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fəqan oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Fəqan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 30 mart 2023-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar