Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-339/2025 05.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin Təhqiqat hüquq qrupunun rəisi ədliyyə kapitanı X1, müdafiəçi Vəkil və tərcüməçi X2 iştirakı ilə, Deməsinə görə Əfqanistan İslam Respublikasının vətəndaşı olan Şəxs barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə Müəyyən etdi : Sərhəd pozucusu kimi saxlanılmış və X4 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs oğlunun inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 03 may 2025-ci il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X4 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərdi ki, o, xx xxxx 1996-cı ildə Əfqanistan İslam Respublikasının Kabul şəhərində anadan olmuşdur.Onlar Azərbaycan Respublikasına işləmək üçün gəlmişlər. İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçmişlər. Nəticədə sərhədçilər tərəfindən saxlanılmışıdr. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil Şəxs barəsində tutmanın tətbiq olunmamasını məhkəmədən xahiş etdi.. Məhkəmə X4 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Respublikasının vətəndaşı kimi təqdim edən, deməsinə görə xx xxxx 1996-cı ildə Əfqanistan İslam Respublikasının Kabul şəhərində anadan olmuş, Əfqanistan İslam Respublikasının Kapisa şəhərində yaşayan Şəxs 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 03 may 2025-ci il tarixdən, saat 04:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-339/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-339/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver