Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-34/2023 17.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Astara rayonu, Siyatük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Siyatük kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs toy şənliyində şəhidlərin xatirəsinə həsr olunmuş musiqini kəsdiyi və şəhidlərə hörmətsizlik göstərdiyi üçün barəsində Astara RPŞ-yə daxil olmuş ərizə ilə bağlı izahatının alınması məqsədilə 17 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Astara RPŞ-yə dəvət olunmuşdur. Şəxs Astara rayon Polis Şöbəsinin inzibati binasının giriş qapısında olarkən şöbəyə daxil olmaqdan imtina etmiş, izahat verməyəcəyini bildirmiş, sonra ucadan ünvansız söyüşlər söymüşdür. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq nizamintizama dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, daha da aqressivlik göstərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 17 yanvar 2023-cü il tarixdə, saat təxminən 13 radələrində barəsində olan araşdırma ilə əlaqədar Astara RPŞ-yə gəlmişdir. Həmin vaxt əsəbi olduğundan polis şöbəsinin girişində ucadan söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə emiş və onlara qarşı tabesizlik göstərmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin PPXB-nin manqa komandiri X2 vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Siyatük kənd sakini Şəxs toy şənliyində şəhidlərin xatirəsinə həsr olunmuş musiqini kəsdiyi və şəhidlərə hörmətsizlik göstərdiyi üçün barəsində Astara RPŞ-yə daxil olmuş ərizə ilə bağlı izahatının alınması məqsədilə xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində polis şöbəsinə dəvət edilmişdir. Şəxs Astara RPŞ-yə gələrkən inzibati binanın giriş qapısında şöbəyə daxil olmayacağını bildirmiş və ucadan söyüşlər söyməyə başlamışdır. Bu səbəbdən Şəxs intizama dəvət etmişlər. Lakin Şəxs aqressivlik göstərmiş, onların qanuni tələbinə tabe olmamışdır. Bir daha Şəxs xəbərdarlıq edilmiş, nizam-intizama dəvət edilmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyri-qanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Astara rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili X4 vermiş olduğu izahat ilə X1 vermiş olduğu izahatı bir daha təsdiq etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 17 yanvar 2023-cü il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-34/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-34/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver