Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-344/2023 18.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X4, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə Astara rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3763/2017 saylı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1452/2017 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(018)-307/2019 saylı icra sənədini qanunla müəyyən olunmuş müddətdə icra etməsindən yayınmışdır. Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-344/2023 nömrəli iş bir icraatda 3(018)-345/2023 nömrəli iş ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(018)-344/2023 nömrəli iş bir icraatda 3(018)-345/2023 nömrəli iş ilə birləşdirilsin. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-344/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-344/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver