Məhkəmə qərarları › İş №3(018)-345/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-345/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-345/2024 21.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin əməkdaşı, polis polkovniki X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X3 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin əməkdaşı, polis polkovniki X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri, Vİ tağım yol polis serjantı X4 xx.xx.2024-cü il tarixli “İXP ******* nömrəli İnzibati Xəta haqqında protokola əsasən xx.xx.2024cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə təqsirli bilinib 600 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, İnzibati Tənbeh vermə haqqında Qərar İşin faktiki hallarına uyğun olmadığına görə ləğv edilməlidir. Belə ki, etibarnamə əsasında “KAMAZ-54112 Yük” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə hər birinin çəkisi 15 kq olan 1350 ədəd mişar daşını “Çənnibel” daş karyerində maşına yükləmişdir. Karyerdə elektorn tərəzi yoxdur. Karyerdən təxminən 4-5 km aralıda Qaradağ postunda elektron tərəzi vardır. Təxminən saat 19:20 radələri olardə postda yaxınlaşanda polis serjantı sonradan tanıdığı X5 idarə etdiyi avtomaşını saxlatdırdı və tərəzidə yükü çəkməli olduğnu bildirdi. Bu zaman o, Etiraz etməmiş, elektron tərəzidə çəkilməsi barədə qaiməni tələb etmiş və qaimə ona veriməmişdir. Maşına yük normada yüklənmişdir. Yük icazə vrilən çəkidən artıq olmamışdır. Buna baxmayaraq əsassız olaraq cərimə edilmişdir. Hesab edir ki, polis əməkdaşının iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qeyd etdiyi kimi icazə verilən çəkidən artıq yük maşına yükləməmişdir. Beləliklə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış və iş üçün əhəmiyyət olan hallar sübuta yetirilməmişdir, barəsində qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Basində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin polis polkovniki X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin polis polkovniki X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4.- bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. - şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. İşin sadalanan hallları əsas götürən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin polis polkovniki X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi üçün əsaslar mövcud olmadığına görə şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 şikayəti təmin edilməsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin polis polkovniki X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar