Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-345/2025 14.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, (Fin xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqından protokolda göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 202 nömrəli gəmi tərəfindən 1-ci (Astara) Sahil nəzarəti şöbəsinin 2-ci “Kələdəhnə” SNB-nin xidməti ərazisində xx.xx.2025-ci il tarixdə sərhəd sularında susərhədboyu rejim qaydalarını pozduqlarına görə “KƏ-235” bort nömrəli, “Taxta” tipli, “Yamaha-48” mühərrikli üzmə vasitəsi saxlanılmışdır. Odur ki, barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 27 mart 2025-ci il tarixdə saat 13:35 radələrində Xəzər dənizində balıq ovuna çıxmışdır. Sahildən 8.0 mil aralıqda dənizdə balıq ovu ilə məşğul olan zaman sərhədçilər tərəfindən qanunla müəyyən edilmiş qaydada rejimi pozduğuna görə saxlanılmışdır. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə halın baş verməyəcəyini qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin səmimi etirafını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan Sahil Mühafizənin 202 № li gəminin yoxlama qrupu komandiri, kapitan-leytenant X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN- 2150443 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:35 radələrində Xəzər dənizində Astara reydində sahildən 8.0 mil aralıda su-sərhəd rejimini pozaraq inzibati xəta törətmişdir. İş materiallarında olan KƏ-235 bort nömrəli qayığına yoxlamanın keçirilməsi və rejim pozucu qismində tutulması sxemindən görünür ki, xx.xx.2025-ci il tarixdə KƏ-235 bort nömrəli qayıq və iki nəfər heyyət üzvü sahildən 8.0 mil aralı məsəfədə rejim pozucu qismində tutulmuşdur. İş materiallarında olan kiçik həcmli üzmə vasitəsinə yoxlamanın keçirilməsi haqqında protokoldan görünür ki, qayığın tipi: taxta, Bort (№-si): KƏ-235, Mühərrikin tipi: Yamaha-48, üzmə vasitəsinin sahibi X2 olmaqla protokolu imzalayan şəxslər 202 nömrəli gəminin yoxlama qrupunun komandiri İ.Babaxanlı və Şəxs olmuşdur. İş materiallarında olan kiçik həcmli qayığın tutulması haqqında 202/21 nömrəli protokodan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə rejim qaydalarını pozaraq sahildən 8.0 mil məsafədə balıq ovu ilə məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-38-32/2-16/1900/2025 nömrəli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən göndərilmiş və Astara Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə su-sərhədboyu rejim qaydalarını pozduğlarına görə barəsində İnzibati xəta protokolları tərtib edilmiş, lakin Şəxs cəriməni dövlət nəfinə ödəməkdən yayınmış və təkrarən bu qəbildən olan inzibati xətanı törətmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 571-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alıb onun barəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-345/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-345/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver