Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-363/2023 05.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, 27 dekabr 1957-ci ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Astara rayonu Şahağacı kəndində yaşayan X7 barəsində çıxarılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Astara rayonu Şahağacı kənd sakini X7 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamaqla balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozmuşdur. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 272.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X7 26 aprel 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X7 izahat verərək bildirdi ki, o, Astara rayonu Şahağacı kəndində yaşamaqla, xüsusi razılıq almaqla balıqçılıq ilə məşğul olur. Barəsində tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamışdır. Həmin vaxtı o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xitmətinin əməkdaşından tutduğu 01 (bir) ədəd “Nərə” cinsli balığın ovlanmasının qanunsuz olub, olmamasını soruşduqda o, qanunsuz olmamasını bildirmişdir. Ona gör də o həmin vaxtı 01 (bir) ədəd “Nərə” cinsli balığı suya atmamışdır. Sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun barəsində 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəticədə o, heç bir qanun pozuntusuna yol vermədiyi halda Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə olunmuşdur. Odur ki, o, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 da əsasən X3 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatlatı bir daha təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, barəsində qərar çıxarılmış X3 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət X13 Mühafizəsi 12 dekabr 2022-ci il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək, Astara rayonu Şahağacı kənd sakini X7 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamasını bildirmişdir. Bundan sonra onlar 13 dekabr 2022-ci il tarixdə Astara rayonu Şahağacı kəndinə gəlmiş, X3 iştirakı ilə 13 dekabr 2022-ci il tarixli 76822 nömrəli akt və 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 isə aktı və protokolu imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Ona görə də aktı və protokolda müvafiq qeydiyyat aparılmışdır. Bundan sonra X7 rəsmi qaydada 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. X1 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməmişdir. X7 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 1000 (bir min) manat miqdarında cərimə olunmuşdur. Hesab edir ki, sözügedən qərarın ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 habelə şahidlərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət X13 Mühafizəsinin 12 dekabr 2022-ci tarixli aktından, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 dekabr 2022-ci il tarixli 76822 nömrəli aktından və fotoşəkillərindən məlum olur ki, Astara rayonu Şahağacı kənd sakini X7 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamışdır. İş materiallarına əlavə olunmuş 13 dekabr 2022-ci il tarixli 76822 nömrəli akta əsasən ziyanın hesablanması cədvəlindən məlum olur ki, 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı qiyməti 220 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Şahağacı kəndində tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan məlum olur ki, Astara rayonu Şahağacı kənd sakini X7 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamışdır. X7 protokolu imzalamaqdan və izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Astara rayonu Şahağacı kənd sakini X5 göndərilmiş 14 dekabr 2022-ci tarixli məktubdan məlum olur ki, Astara rayonu Şahağacı kənd sakini X7 21 dekabr 2022-ci il tarixə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X12 tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, Astara rayonu Şahağacı kənd sakini X7 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamaqla balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozmasına görə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Astara rayonu Şahağacı kənd sakini X5 ünvanladığı 21 dekabr 2022-ci il tarixli məktubdan məlum olur ki, ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X12 tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı haqqında məlumat verilməklə qərarın surəti ona göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Astara rayonu Rüdəkənar kənd sakini X7 12 dekabr 2022-ci tarixdə Kəldəhnə SHB-nin 2A nömrəli YK-da “KƏ-231” bort nömrəli qayıqla 01 ədəd 2 kiloqarm 400 qram çəkidə 01 (bir) ədəd “Nərə” cinsli balığı ovlamaqla balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozmuşdur. Bu hal məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X12 tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-363/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-363/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver