Məhkəmə qərarları › İş №3(018)-367/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-367/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-367/2023 27.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmkiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1993-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 334.3-cü maddələri ilə Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 aprel 2023-cü il tarixdə saat 01:50 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan srəxoş halda idarə etdiyi “HUNDAİ SONATA” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri, H.Əliyev prospektində küçəsində hərərkətdə olarkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq yolun sağında dayanmış KHAZAR SD minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, ünvan 1 ünvanda yaşayır. “HUNDAİ SONATA” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşına məxsusdur. Onun nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. 26 aprel 2023-cü il tarixdə saat 01:50 radələrində evdə viski qəbul etdikdən sonra srəxoş halda idarə etdiyi “HUNDAİ SONATA” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri, H.Əliyev prospektində hərərkətdə olarkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq yolun sağında dayanmış KHAZAR SD minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Daha sonra DYPB əməkdaşları hadisə yerinə gəlmişlər və sərxoş olduğundundan şübhələnərək Astara RPŞ-ə dəvət edərək “Alkometr” vasitəsi ilə sərxoşluq vəziyyətini müəyyən etmiş və sərxoş olduğu məlum olmuşdur. lakin buna baxmayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati protokol tərtib edilmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. KHAZAR SD minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyanı tamamilə ödəyəcəkdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, o, X1 işləyir. KHAZAR SD minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, 26 aprel 2023-cü il tarixdə saat 01:50 radələrində həmin KHAZAR SD minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili Astara şəhərində H.Əliyev prospektində yaşadığı evin qarşısında saxlamışdır. O, evdə olarkən küçədə səs eşidib küçəyə çıxmışdır. Məlum olmuşdur ki, ona məxsus olan avtomobili vurublar. Polis şöbəsinə müraciət etmiş və məlum olmuşdur ki, ona məxsus olan avtomobili Şəxs vurmuşdur. Hal-hazırda Şəxs ilə razılaşmışdır və ondan heç bir şikayəti və tələbi də yoxdur. İş materiallarına əlavə edilmiş sərxoşluğun dərəcəsini ölçmə vasitəsi olan “Alkometr”-lə ölcmənin nəticəsinə dair qəbzdən məlum olur ki, Şəxs barəsində 26 aprel 2023-cü il tarixdə saat 04:07-də radələrində ölcmə ararılmış və onun sərxoş olması məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinə əsasən 800 (səkkiz yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Astara rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar