Məhkəmə qərarları › İş №3(018)-370/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-370/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-370/2025 26.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii və Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN1787159 saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X4 məhkəməyə Azərbaycan Respublikası Ekologiya və Təbii və Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 xx.xx.2025-ci il tarixli, MN1787159 saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X4 bildirir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2025-ci il tarixli, ΜΝ № ******* saylı İnzibati Tənbehvermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 253.1-ci maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar 02f evral 2025-ci il tarixdə şikayətçiyə təqdim olunmuşdur. Qərarda qeyd olunur ki, Lənkəran RMTYM-nin Əsxənəkəran meşəbəyliyinin 6 saylı meşə dolayında 0.20 ha X8 (DMF) torpaq sahəsi zəbt edilmiş və köküstə yaş və quru ağaclar kəsilmişdir. Lakin bu qərar reallığı əks etdirmir və şikayətçi buqərarlarazıdeyil. Şikayətə əlavə edilmiş akta əsasən, X3 12 aprel 1990-cı il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli 55 nömrəli qərarı və Fioletov sovxozunun 01 mart 1990-cı il tarixli 42 nömrəli əmri ilə yeni ev tikmək məqsədilə 0.06 hektar torpaq sahəsi ayrılmışdır. 02 aprel 2025-ci il tarixli, ΜΝ № ******* saylı İnzibati Xəta haqqında Protokolun “müəyyən edildi” hissəsində 0.15 ha torpaq sahəsinin zəbt edildiyi qeyd olunsa da, qərarda 0.20 ha sahənin zəbt edildiyinin göstərilməsi əsaslandırılmamışdır. Bu isə protokol ilə qərar arasında uyğunsuzluq yaradır. AR İXM-nin 253.1-ci maddəsi meşəqırma bileti (orderi) olmadan yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsini əhatə etdiyi halda, qərarda əsas diqqət torpaq sahəsinin zəbt edilməsinə yönəlmişdir. Halbuki, həmin ağacların şikayətçiyə təhkim edilmiş torpaq sahəsində yerləşib-yerləşmədiyi müəyyən edilməmişdir. Odur ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 aprel 2025-ci il tarixli, ΜΝ № ******* saylı qərarı ilə AR İXM-nin 253.1-ci maddəsi üzrə ona qarşı tətbiq edilmiş 700 (yeddi yüz) manat cərimənin ləğv edilməsinə qərar çıxarılması xahiş eti. 1-saylı RETSİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq 1-saylı RETSİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə 1-saylı RETSİ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş 1-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, MN1787159 saylı qərarından məlum olur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, 1-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2025ci il tarixli, MN1787159 saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün 1-saylı RETSİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii və Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, MN1787159 saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün 1-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar