Məhkəmə qərarları › İş №3(018)-377/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-377/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-377/2025 13.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ İş № 3(018)-377/2025 Astara Rayon Məhkəməsi hakiminin İnzibati xəta haqqında iş üzrə QƏRARİ 13 may 2025-ci il Astara şəhəri Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lerik rayonu, Livədirqə kəndində anadan olmuş, ali təhsilli, subay, müəllim işləyən, (Fin xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayonu, Livədirqə kəndində qeydiyyatda olmaqla, Astara şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqından protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:10 radələrində Astara şəhər ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, barəsində 13 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, Lerik rayonu, Livədirqə kəndində qeydiyyatda olmaqla, Astara şəhərində yaşayır. Astara şəhər 5 saylı tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Həddindən artıq yorqun olduğu üçün spirtli içki qəbul etmişdir. xx.xx.2025ci il tarixdə saat 23:10 radələrində polis əməkdaşları ilə kiçik bir sözləri olmuş və bu zaman onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Törətdiyi əməldən xəcalət çəkdiyini, əməlindən peşman olduğunu, bir daha belə halın baş verməyəcəyini qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibinin olması iş materiallarına əlavə edilmiş izahatlar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafı ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 64 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 may 2025-ci il tarixdə, saat 23:25-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ümumi təhsil məktəbində müəllim işləyir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını, Şəxs müəllim olmasını, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar