Məhkəmə qərarları › İş №3(018)-383/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-383/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-383/2024 07.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 İş Üzrə QƏRAR ASTARA RAYON MƏHKƏMƏSİ 07 may 2022-ci il iş № 3(018)-381-383/2024 Astara şəhəri Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Astara rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara Qum küçəsi ev 63-də qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiallara Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıyeva X4 rayon Məhkəməsinin 10 mart 2023-ci il tarixli, 2(018)-335/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 3411,41 manat pul alınıb, Kapital Bank ASC-yə verilməli olduğu halda borclu Şəxs icra sənədi üzrə borcunu ödəməmişdir. Bundan başqa borclu Şəxs Astara rayon Məhkəməsinin 23 fevral 2023-ci il tarixli, 3(018)-609/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin borclu Şəxs ona təyin olunmuş cəriməni həmin cərimə növündə qərar qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bundan başqa Bundan başqa borclu Şəxs Astara Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(018)-874/2022 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmasına görə Astara Rayon Məhkəməsinin 23 iyul 2023-cü il tarixli, 3(018)-609/2023 saylı qərarı ilə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilməsinə baxmayaraq yenidən Astara Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(018)-874/2022 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən qərəli surətdə boyun qaçırtmışdır. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisələri ilə bağlı Şəxs qıznın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Astara rayon İcra və probasiya şöbəsində 07 may 2024-cü il tarixli, MN 14812** MN ***1290 və MN ******* saylı X5 protokollar tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs qız vermiş olduğu izahatında göstərdi ki, maddi çətinlik ucbatından, iş yerindən çıxmasına görə borclarını ödəyə bilmir. Hal-hazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Astara rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(018)-874/2022 saylı 23 fevral 2023-ci il tarixli, 3(018)-609/2023 saylı, 10 mart 2023-ci il tarixli, 2(018)-335/2023 saylı və 23 iyul 2023-cü il tarixli, 3(018)-609/2023 saylı icra sənədləri icraata daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıqlar göndərilmişdir. Şəxs qız qeyd edilən icra sənədlərini icra etməmişdir. Ona görə də Şəxs qız barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə X5 protokol tərtib olunaraq məhkəməyə Qərar icra olunması üçün icraatına daxil olduqdan sonra Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıq göndərilmişdir. Şəxs maddi imkanı olmadığını qeyd edərək həmin cəriməni ödəməmişdir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, Astara rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(018)-874/2022 saylı 23 fevral 2023-ci il tarixli, 3(018)-609/2023 saylı, 10 mart 2023-ci il tarixli, 2(018)-335/2023 saylı və 23 iyul 2023-cü il tarixli, 3(018)-609/2023 saylı icra sənədləri Astara rayon İcra Şöbəsinin icraatına daxil olaraq icraya yönəldilmişdir. Borcluya “tələbin könüllü icraası haqqında” bildiriş və rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi X5 tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cı maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə ictimai işlər tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs qız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən 200 (iki yüz) saat müddətə ictimai işlər inzibati tənbehi verilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar