Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-386/2024 08.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, xx xxxxx 1977-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs 08 may 2024-cü il tarixdə, saat 00:10 radələrində Astara RPŞ-nin DYP-nin YPX-nin əməkdaşları Astara şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən qarşısında hərəkət edən “Opel” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ziqzaqvari hərəkət etdiyi aşkarlanaraq tərəfindən saxlanılmış, Şəxs spirtli içkinin təsiri altında avtomobili idarə etməsi müəyyən olunmuş, Sürücü alkotesterdən keçirilən zaman etirazını bildirmiş, Astara RPŞ-nin DYP-nin YPX-nin əməkdaşlarına narazılığını bildirərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 08 may 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 08 may 2024-cü il tarixdə, saat 00:10 radələrində özünəməxsus avotomobil ilə Astara şəhəri ərazisində hərəkətdə olduğu zaman spirtli içkinin təsiri altında olduğu üçün avtomobilini ziqzaqvari idarə etməyindən şübhələnərək Astara RPŞ-nin DYPnin YPX-nin əməkdaşları onu saxlamışlar,həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün onun avotomobilini polis şöbəsinin cərimə meydançasına aparmışlar. Onu Astara RPŞ-nin DYPnin inzibati binasına dəvət etmişlər orada alkotester etmək istəyən zaman sərxoş olduğundan imtina etmiş və uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Polis əməkdaşlarından da üzr istəmişdir. Bir daha bu kimi hallara yol verməyəcəkdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin DYP-nin YPX-nin baş inspektoru, polis kapitanı X1 vermiş olduğu izahatında göstərdi ki, 08 may 2024-cü il tarixdə, saat 00:10 radələrində Astara RPŞ-nin DYP-nin YPX-nin inspektoru, polis baş serjantı Rauf Rzayevlə birlikdə Astara şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən qarşısında hərəkət edən “Opel” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ziqzaqvari hərəkət etdiyi aşkarlanaraq tərəfindən saxlanılmış, Şəxs spirtli içkinin təsiri altında avtomobili idarə etməsi müəyyən olunmuş, bu səbəbdən avtomobil Astara RPŞ-nin duracağına təmin edilmişdir. Sürücü Astara RPŞ-nin DYP-nin inzibati binasınd alkotesterdən keçirilən zaman etirazını bildirmiş, Astara RPŞ-nin DYP-nin YPX-nin əməkdaşlarına narazılığını bildirərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra Şəxs tərəflərindən nizam-intizama dəvət edilmişdir. Lakin, Şəxs onlara tabesizlik göstərmiş, qanuni tələblərinə tabe olmamışdır. Bir daha Şəxs xəbərdarlıq edilmiş, nizam-intizama dəvət edilmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyri-qanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin DYP-nin YPX-nin baş inspektoru, polis kapitanı X1 tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 08 may 2024-cü il tarixdə, saat 00:10 radələrində Astara RPŞ-nin DYP-nin inzibati binasının daxilində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 08 may 2024-cü il tarixli, 69 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 08 may 2024-cü il tarixdən, saat 00:35-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-386/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-386/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver