Məhkəmə qərarları › İş №3(018)-387/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-387/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-387/2024 10.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, 06 iyun 1988-ci ildə Astara rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli işləməyən, Astara rayonu, Kolatan kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 may 2024-cü il tarixdə saat 09:30-da idarə etdiyi zərərçəkmiş şəxs X3 məxsus olan «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Kolatan kəndində kəndarası yol ilə hərəkətdə olarkən idarəetməni itirərək, «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Astara rayonu, Kolatan kəndindəki qaz borusuna vuraraq, «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə və qaz borusuna maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1, 469.3 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1, 469.3 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Kolatan kəndində yaşayır. 04 may 2024-cü il tarixdə saat 09:30-da idarə etdiyi, dostu zərərçəkmiş şəxs X3 məxsus olan «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Kolatan kəndində kəndarası yol ilə hərəkətdə olarkən idarəetməni itirərək, «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Astara rayonu, Kolatan kəndindəki qaz borusuna vurmuşdur. Hal-hazırda zərərçəkmiş şəxs X3 və qaz borusuna vurduğu ziyanı tamailə ödəmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X4 vermiş olduğu izahatında göstərdi ki, tanışı Şəxs 04 may 2024-cü il tarixdə saat 09:30-da idarə etdiyi, ona məxsus olan «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Kolatan kəndində kəndarası yol ilə hərəkətdə olarkən idarəetməni itirərək, «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Astara rayonu, Kolatan kəndindəki qaz borusuna vurmuşdur. Hal-hazırda Şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş edir. Azərbaycan Respublikası Astara RPŞ-nin DYPB-nin İXP ******* saylı protokolundan və yol-nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, Şəxs 04 may 2024-cü il tarixdə saat 09:30-da idarə etdiyi zərərçəkmiş şəxs X3 məxsus olan «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Kolatan kəndində kəndarası yol ilə hərəkətdə olarkən idarəetməni itirərək, «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Astara rayonu, Kolatan kəndindəki qaz borusuna vuraraq, «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə və qaz borusuna maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Lənkəran Avtomatorservis və Ticarəti müəssisəsinin 6 saylı ATXB-nin ustasının Aktından məlum olur ki¸ 04 may 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 məxsus olan «VAZ 21063» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 940 manat zərər dəymişdir. İş materiallarına əlavə edilmiş sənəddən məlum olur ki, Şəxs AzərQaz İB-nə vurduğu ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cı maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1, 469.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar