Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-4/2024 08.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölmədən daxil olmuş xx.xx.2023- cü il tarixli 3-33-/3-1-005560/2023 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikası vətəndaşı X2 idarə etdiyi “Sınotruk” markalı “21D853/854-10” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Cin Xalq Respublikasında yerləşən “X3 Co” şirkətinin adından Azərbaycan Respublikası Bakı səhəri Nərimanov rayonu X5 küçəsi ev 79/2, mənzil 50 ünvanında qeydiyyatda olan Şəxs şirkətinin (VÖEN: **********) ünvanına yükü müsaivət edən sənədlərə əsasən “parça” yükü gətirərkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 23 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı əməkdaşlarımız tərəfindən saxlanılmış və zərurət yarandığından nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Stasionar rentgen qurğusunda nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı vük nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə şübhəli cizgilər müşahidə edildiyindən sözügedən yükə gömrük yoxlaması tədbiq edilməsi məqsədilə nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Yoxlama zamanı yükü müsaivət edən sənədlərdə - “000033” nömrəli CMR, “SAT-230617/01” nömrəli invoys və “**********7718” sorğu nömrəli qısa idxal bəyannaməsində göstərilənlərlə qoşquda olan “parça” yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki vük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, yükü müsaivət edən sənədlərdə “parça” yükünün ümumi brutto çəkisi 15810 (on bes min səkkiz vüz on) kq və ümumi netto çəkisi 15246 (on beş min iki yüz qırx altı) kq göstərildiyi halda, faktiki olaraq qoşquda “parça” yükünün ümumi brutto çəkisi 15304 (on bes min üc vüz dörd) kq və ümumi netto çəkisi 14740 (on dörd min yeddi vüz qırx) kq olduğu, həmçinin sənədlərdə ümumiyyətlə göstərilməmiş ümumi sayı 748 (yeddi vüz qırx səkkiz) ədəd, ümumi çəkisi 506 (bes vüz altı) kq olan nümunə qismində istifadə olunması üçün nəzərdə tutulmuş kiçik ölçülərdə “parça (kataloq)” yükü olduğu məlum olmuşdur. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd üzərində “Aİ KAİ Curtains” yazıları olan parça katoloqu nümunəsi reklam xarakteri saşıdığı üçün satışı nəzərdə tutulmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyanın müsadirə edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin anbarında saxlanılan 748 (yeddi yüz qırx səkkiz) ədəd, ümumi çəkisi 506 (beş yüz altı) kq. olan nümunə qismində nəzərdə istifadəsi olunması üçün nəzərdə tutulmuş kiçik ölçülərdə “parça (kataloq)”-lar dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-4/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-4/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver