Məhkəmə qərarları › İş №3(018)-4/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-4/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-4/2025 13.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsininin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsindən Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2024 il tarixli inzibati xəta haqqında protokol əsasən Şəxs MMC-nin direktoru X2 əmək haqqından tutulmaların edilməsinə dair X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-64219/2024 nömrəli göstərişini icra etməmişdir. Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran- Astara regional şöbəsininin nümayəndəsi X3 bildirdi ki, Şəxs MMC X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-64219/2024 nömrəli göstərişini icra etməmişdir. Lakin Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixıi, 3(018)-1050/2024 saylı qərarı ilə X2 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, Şəxs MMC-nin təsisçisi və direktorudur. Şəxs MMC öz fəaliyyətində qanunun tələblərinə riayət edir. Protokolda qeyd edilənlər həqiqəti əks etdirmir. Onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixıi, 3(018)- 1050/2024 saylı qərarı ilə ləğv edilmişdir. Ona görə də barələrində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixıi, 3(018)-1050/2024 saylı qərarına əsasən X2 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsinin 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 529.1-1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin və Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən teqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış işçilərlə bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onların işğaldan azad edilmiş ərazilərdə işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi halı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu hal "xxxx" MMC-nin direktoru X2 vəzifə funksiyalarına aid olduğundan onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2024-cü il tarixində tərtib olunmuş MN ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarla N.Rəcəbov 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 143.1 və 150.1 maddələrinin tələblərinə əsasən N. Rəcəbov tərəfindən, ona tətbiq olunmuş 4000 (dörd min) manat cərimə məbləğindən heç bir məbləğ ödənilməmişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar