Məhkəmə qərarları › İş №3(018)-403/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-403/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-403/2025 23.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Əsədullayeva (Şabanova) Esmira Möhübbət qızının iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx) orta təhsilli, ailəli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 23 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Astara Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(018)-83/2023 nömrəli icra sənədinə əsasən Şəxs 8 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment ödənilməsi və 04 aprel 2023-cü il tarixli 2(018)-180/2023 nömrəli icra sənədinə üzrə əmlaklar və ya onların cəmi dəyərinin tələbkar Əsədullayeva (Şabanova) Esmira Möhübbət qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında Astara Rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(018)-83/2023 nömrəli icra sənədinə əsasən Şəxs 18 avqust 2009-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment ödənilməsi və 04 aprel 2023-cü il tarixli 2(018)-180/2023 nömrəli icra sənədinə üzrə əmlaklar və ya onların cəmi dəyərinin tələbkar Əsədullayeva (Şabanova) Esmira Möhübbət qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu əmək qabiliyyətlidir və bunun əksini təsdiq edən sübut yoxdur. Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq aliment ödəməkdən yayınmışdır. Şəxs icra şöbəsinə gəlmədiyindən barəsində axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Şəxs bu vaxta qədər cəmi 350 manat ödəmişdir. Hal-hazırki vaxta qədər Şəxs borcu 8335 manat təşkil edir. Şəxs barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, maddi imakı yaxşı olmadığına görə ödəniş etməmişdir. Tələbkarla barışıb bir ailədə yaşamaq istəyir. Hal-hazırda işləmədiyindən borcunu ödəyə bilmir. Bundan sonra vaxtı-vaxtında borcunu ödəyəcəyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Əsədullayeva (Şabanova) Esmira Möhübbətqızı ifadəsində göstərmişdir ki,borclu bu günə qədər cəmi 350 manat ödəniş ödəmişdir. Uşağını böyütməkdə çətinlik çəkir. Şəxs qərəzli olaraq ödəniş etməməsini nəzərə alaraq həbs növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 13 iyun 2023-cü il tarixli 2(018)-83/2023 nömrəli icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 08 may 2023-cü il tarixli 2(018)-180/2023 nömrəli icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmişdir. İş materiallarında olan Astara Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Astara rayon İcra və Probasiya şöbəsinin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, tələbkar Əsədullayeva (Şabanova) Esmira Möhübbətqızının izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs nun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli, yəni qərəzli olaraq icra sənədini icra etməməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməkdə qərəzlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Buna görə də hesab edirəm ki, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə həbs inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar