Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-409/2025 18.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin 09 aprel 2025-ci il tarixli MN ******* saylı qərarına əsasən xx.xx.2025-ci il tarixli, 89838 saylı akt MN ******* saylı protokol əsasında tərəfindən həyətyanı torpaq sahəsində iki ədəd qoz cinsli ağacı kəsdiyindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə qərar əsasında onu 2000 manat cərimə etmişlər. Ona qarşı tətbiq olunmuş cərimə qərarı qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2013-cü il tarixli ********** saylı çıxarışa əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində uzun illər bundan qabaq əkdiyi qoz ağacları qarın və küləyin nəticəsində qəzalı və qurumuş vəziyyətdə idi. Münasibəti olmayan qonşu ona xəbər göndərərək həmin ağacların qəzalı olduğuna görə və qonşunun evinə təhlükə yaratdığına görə ondan qurumuş və yıxılmış ağacların dibdən kəsilməsini tələb etmişdir. O da həmin ağacların qonşuya və ona gələcəkdə ziyan vurmamaqdan ötrü onları dibindən kəsmişdir. Qonşu ağacları kəsdiyini gördükdən sonra Ekologiya İdarəsinə ondan məlumat vermiş ekologiya idarəsinin nümayəndəsi isə araşdırmadan onu cərimə etmişdir. Bir daha bildirir ki, ağaclar onun mülkiyyətində olmaqla yanaşı qurumuş və sınan vəziyyətdə olmuşdur. Gələcəkdə ağır bir faciə baş verməmək üçün o həmin ağacların kötüyünü kəsmişdir. Bundan əlavə aşkar olunmuş fakt üzrə tərtib olunmuş protokolda onun iştirakı təmin olunmadığından tərəfindən protokol imzalanmamış, hal şahidlərinin iştirakı təmin olunmamış, öz işçilərinin imzaları ilə ona cərimə müəyyən olunmuşdur. Bu da kobud şəkildə qanun pozulması deməkdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmədən barəsində olan Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin 09 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 vermiş olduğu şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən barəsində 09 aprel 2025-ci il tarixli MN ******* saylı qərar qəbul edilməsi üçün əsas olmuş həmin 2 ədəd qoz cinsli ağacları **********57-10301 reyestr nömrəli Çıxarışa əsasən öz mülkiyyətində olan torpaq sahəsində özü əkmişdir. Həmin ağaclar hazırda qəzalı vəziyyətdə olduğundan və qonşunun çəpərinə və bağına hər hansı bir formada ziyan vurmasın deyə özü kəsmiş və yerində yenidən eyni cinsli ağaclar əkmişdir. Həmin ağacları kəsdiyinə görə Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş qərar qanunsuzdur. Belə ki, müvafiq idarə tərəfindən araşdırılmadan həmin qərar qəbul edilmişdir. Əgər hər hansı bir araşdırma aparılsaydı həmin ağacların onun mülkiyyətində olan torpaq sahəsində olduğu müəyyən edilərdi. Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsinin qeyd hisəsinə əsasən mülkiyyətində olan torpaq sahəsində kəsilmiş ağaclara görə Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının hər hansı inzibati qərar qəbul etmək səlahiyyətləri yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində 2 ədəd qoz cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsilməsinə görə İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 2000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli və **********57- 10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0,07 ha fərdi yaşayış təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin 09 aprel 2025-ci il tarixli MN ******* saylı qərar qəbul edilməsi üçün əsas olmuş həmin kəsilmiş 2 ədəd qoz cinsli ağaclar darvaza daxilində olan torpaq sahəsindədir. Məhkəmə şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, qərarda sübutlara istinad edilməmiş, həmin 2 ədəd qoz cinsli ağacların X1 mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşmədiyi, bundan başqa X2 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə dair məhkəmə araşdırması zamanı da məhkəmə tərəfindən sübutların təqdim edilməsi və prosessdə iştirakla bağlı bildiriş göndərilməsinə baxmayaraq sübutlar təmin edilməmişdir. X1 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyininin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-409/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-409/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver