Məhkəmə qərarları › İş №3(018)-410/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-410/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-410/2025 26.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1, Qafarov Elvin Namik oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Astara rayon, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN(xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayon, Ərçivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair X5 daxil olmuş materiala baxaraq, Müəyyənetdi: : Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Ələkbər Məmmədov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 26 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 25 aprel 2025-ci il tarixdən saat 16:00 radələrində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 25 aprel 2025-ci il tarixdə saat 16:00 radələrində anası X2 ilə yaşadığları evdə olduğları zaman iki polis əməkdaşı onlara gəlib bildirdilər ki, Hüseyn və Rəna adlı şəxsləri narahat etmişlər və onlardan şikayət ediblər. Evin pencərəsindən “sənin nə rahatçılığın pozmuşam” deyə Şəxs qonşuları Rənanın həyətində işləyən Zərərçəkmiş şəxs soruşub. Hüseyn isə onu nalayiq söyüşlərlə söyərək təhqir edib və onu küçəyə çağırıb. Səs olduğundan anası Kinəvəs küçəyə çıxıb. “Niyə qızımı söyürsən” deyə Zərərçəkmiş şəxs iradını bildirib. Görüb ki, onlar mübahisə edirlər dərhal onlara yaxınlaşıb. Mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə anası Kinəvəsin bədəninə müxtəlif yerlərindən vuraraq onu döyüb. Nə o nədə anası Kinəvəsin Zərərçəkmiş şəxs döyməmiş, ona daşla xəsarət yetirməmişlər. Baş vermiş hadisə zamanı orada kənar şəxs olmayıb, hadisə 6-7 dəqiqə davam edib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Astara rayonu Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O xx.xx.2025- ci il tarixdə Rəna Həmidovanın evində işlədiyi zaman iki polis əməkdaşı gəlib Rəna xanımdan izahat almışlar, bir müddət keçdikdən sonra Rəna qonşusu Kinəvəs və onun qızı Gülayım mübahisə etməyə başlayıblar, mübahisə zamanı Rənaya və ona nalayiq küçə söyüşləri istifadə etmələrinə baxmayaraq o, cavab verməyərək Rənaya işləyə bilməyəcəyini və evə gedəcəyini bildirərək velosipedə oturaraq oradan ayrılmaq istəyən zaman, Kinəvəs və qızı Gülayəm onun qarşısına çıxaraq onu daşlamışlar. Bu zaman Hüseyn geri qayıtmış, velosipedi olduğu yerdə qoymuş, Kinəvəs və Gülayım velosipedi götürüb öz evlərinə aparmışlar. geri verməmişlər. O Kinəvəs və Gülayımı təhqir etməmiş, qərəzli olaraq ondan şikayət etmişlər. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs ailəli olmaqla himayəsində 3 uşağı vardır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsnun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar