Məhkəmə qərarları › İş №3(018)-412/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-412/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-412/2025 05.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş EP № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, X2 Rəsmiləşdirmə Mərkəzı, 1-cı bölmədən daxil olmuş 3-33-1300/012/000944 saylı raport üzrə tərəfimdən araşdırma aparılaraq müəyyən edilmışdır ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyı "Daf markalı "44CX779/44ZA779" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzıt gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yüku müşaiyət edən "003950" saylı CMR-ə və "244" nömrəli İnvoysa əsasən "baş salat-kahı (baş kələm salatı)" yükü apararkən, xx.xx.2025-cı il tarixdə, saat təqribən 02:30 radələrində "Astara" keçid məntəqəsının yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətı zamanı "Lolo" ləqəbli kinolojı xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmışdir. Kınoloji xidmət iti yük nəqliyyat vasitəsinin dartıcı kabinasına reaksiya verdiyi üçun həmin nəqliyyat vasitəsinə gömruk yoxlaması tətbiq edilməsi qərara alınmışdır Yoxlama başlamazdan əvvəl "Daf" markalı 44CX779/44ZA779" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Şəxs ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman sürücü Şəxs idarə etdiyı yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədılmış və ya bəyan olunmamış hər hansı predmetin olmadığını söyləmışdır Daha sonra Şəxs idarə etdiyi "Daf" markalı "44CX779/44ZA779" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinın kabınasında oyuncaq maşınlar və şirniyyat qutularının içərisində qara karton qutuda "manchester" markalı 330 (üç yüz otuz) ədəd qutu, hər qutuda 20 (iyırmi) ədəd olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) ədəd məcburi nışanlanma ilə nişanlanmamış siqaret aşkar edilmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə iclasının yeri, vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Astara Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolu tərtib edən Astara Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını məhkəmə mümkün hesab edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/595 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 330 qutu Aksiz markası olmayan “Manchester” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 629) BƏƏ istehsalı olan filtirli siqaret tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib, inzibati xətanın predmeti olan X1 anbarında saxlanılan 330 (üç yüz otuz) qutu aksiz markası olmayan “Manchester” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 629) BƏƏ istehsalı olan, 462 (dörd yüz altmış iki) manat dəyərində filtirli siqaretlər dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar