Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-418/2025 02.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 avqust 1996-cı ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 02 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Astara RPŞ-nin əməkdaşları DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayonu Suparibağ kəndində getmişlər. Astara rayonu Şahağacı kənd sakini Şəxs keçmiş həyat yoldaşının ünvanına gələrək səs-küy saldığından polis əməkdşları Şəxs Astara RPŞ-nə dəvət etmişlər. Həmin zaman Şəxs şöbəyə dəvət olunmasına etiraz edərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları ona etdiyi hərəkətlərin inzibati qayda pozuntusu olduğunu izah edərək sonuncunu nizam-intizama dəvət etmişlər. Beləliklə, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində uşağı ilə görüşmək üçün keçmiş həyat yoldaşının yaşadığı evin həyətində olarkən barəsində edilmiş şikayətə görə polis əməkdaşları ona yaxınlaşaraq onu Astara rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt tərəfindən heç bir nalayiq ifadə işlədilməmişdir. İçkili vəziyyətdə olmuşdur. O evə getdiyi zaman səs-küy salmamış, xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Lakin, ora getdiyi üçün peşmandır. Məhkəmə iclasında Astara rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərtib olunmuş protokolun mahiyyəti üzrə ifadə verərək şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayonu Suparibağ kəndində getmişlər. Astara rayonu Şahağacı kənd sakini Şəxs keçmiş həyat yoldaşının ünvanına gələrək səs-küy saldığından polis əməkdşları Şəxs Astara RPŞ-nə dəvət etmişlər. Həmin zaman Şəxs şöbəyə dəvət olunmasına etiraz edərək uca səslə nalayiq ifadələr işlətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Protokol tərtib edən şəxsin izahatını, şahid ifadəsini dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Şəxsin özünü qismən təqsirli bilərək, keçmiş həyat yoldaşının evinə gedib səs-küy salmamasına münasibətdə məhkəmə hesab edir ki, şəxsin bu ifadəsi özünümüdafiəyə yönəlmişdir. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs uca səslə nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2025-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Astara RPŞ-nin əməkdaşları DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayonu Suparibağ kəndində getmişlər. Astara rayonu Şahağacı kənd sakini Şəxs keçmiş həyat yoldaşının ünvanına gələrək səs-küy saldığından polis əməkdşları Şəxs Astara RPŞ-nə dəvət etmişlər. Həmin zaman Şəxs şöbəyə dəvət olunmasına etiraz edərək uca səslə nalayiq ifadələr işlətməyə başlamış, həmin zaman polis əməkdaşları ona etdiyi hərəkətlərin inzibati qayda pozuntusu olduğunu izah edərək sonuncunu nizam-intizama dəvət etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən inzibati həbs müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 iyun 2025-ci il tarixdən saat 01:00-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-418/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-418/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver