Məhkəmə qərarları › İş №3(018)-420/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-420/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-420/2023 14.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və "xxxx" MMCnin X1 iştirakı ilə, Astara rayonu, Ərcivan qəsəbəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC (VÖEN:**********) haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının hüququ departamentinin drektoru X2 tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 may 2023-cü il tarixli EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, "xxxx" MMC 14700 (on dörd min yeddi yüz) ABŞ dolları məbləğində vəsaiti 13 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14700 (on dörd min yeddi yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin X3 verdiyi izahatında göstərdi ki, o, "xxxx" MMC barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuşdur. Bununla əlaqədar bildirir ki, şirkətimizin ünvanına Unical şirkəti tərəfindən 29 10 2021 tarixində 34KZ0215 nömrə nişanlı tir avtomaşınla göndərilmiş İstili sistemləri üçün divar tipıi qazanlar (kombi) xx.xx.2021 tarixində Türkiyə/lstanbul tranzit portunda yükləmə-boşaltma zaman, 4 palet 50 ədəd kombi (ümum, dəyər, 14700 avro) .paletlərin aşması nəticəsində ağır zədə görmüşdur.Nəqlıyyatçı bizə xəbər vermişdir,nümayəndəmiz Rekor Pan şirkəti yükləmə sahəsinə gedib "Hasar Kaydı"(zədə aktı)tərtib edilmişdir.Bu avadanlıqların satış üçün yararsız olduğundan,Azərbaycana, şirkətimizin ünvanına göndərilməsindən imtina etmişdik.Bu haqda göndərənə Unical Ag italya şirkətinə məlumat vermişdik və onlarda öz sığorta şirkəti və naqliyyat agenti ilə razılığa gələndən sonra bizə məlumat verəcəyini bildirmişdir. Məlum məsələ bu işlər biraz bürokratik olduğundan izun yazışmalar və zaman tələb etmiş, və ancaq bu ilin xx.xx.2023 tarixdə müsbət rəy alinmış və bu məbləğdə olan yeni məhsullar, növbəti yukləm. zamanı və ya ən gec olaraq xx.xx.2023 tarixədək bizim şirkətimizin ünvanına göndərəcəyi haqda qərar qəbul etmişdir. "xxxx" MMC-nin X1 təqdim etdiyi Zədə aktından (Hasar kaytı) məlum olur ki, xx.xx.2021 tarixində Türkiyə/lstanbul tranzit portunda yükləmə-boşaltma zaman, "xxxx" MMC-yə 4 palet 50 ədəd kombi (ümum, dəyər, 14700 avro) .paletlərin aşması nəticəsində ağır zədə görmüşdur. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Unical şirkəti tərəfindən 29 10 2021 tarixində 34KZ0215 nömrə nişanlı tir avtomaşınla göndərilmiş İstili sistemləri üçün divar tipıi qazanlar (kombi) xx.xx.2021 tarixində Türkiyə/lstanbul tranzit portunda yükləmə-boşaltma zaman, 4 palet 50 ədəd kombi (ümum, dəyər, 14700 avro) .paletlərin aşması nəticəsində ağır zədə görmüşdur. Rekor Pan şirkətində Zədə aktı (Hasar kaytı) tərtib edilmişdir. Bu avadanlıqların satış üçün yararsız olduğundan, "xxxx" MMC-yə göndərilməsindən imtina edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarına hüquqi qiymət verib hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, inzibati xəta haqqında iş materiallarında olan 02 may 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə məlumat verilməmiş, nümayəndəsi tərəfindən imzalanmamış və ya imzalamaqdan imtina etməsinin səbəbləri göstərilməmişdir. Məhkəmə də həmçinin o da aydın oldu ki, 4 palet 50 ədəd kombi (ümum, dəyər, 14700 avro) .paletlərin aşması nəticəsində ağır zədə görmüşdur. Rekor Pan şirkətində müvafiq Zədə aktı (Hasar kaytı) tərtib edilmişdir. Bu avadanlıqların satış üçün yararsız olduğundan, "xxxx" MMC-yə göndərilməsindən imtina edilmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsi barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanan halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar