Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-424/2025 04.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəzadə Zahid Zahir oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1985-ci il tarixdə Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 04 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. 04 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-166/2024 saylı, 05 fevral 2024-cü il tarixli icra sənədinin icrasından yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 2986 manat məbləğində borcu vardır. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)-166/2024 saylı, 05 fevral 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Baxtiyar oğlundan hər ay, hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 02 oktyabr 2013cü il təvəllüdlü X2 və 07 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi, alimentin bu qaydada tutulması 07 dekabr 2023-cü il tarixdən hesablanması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iddiaçı Zərərçəkmiş şəxs aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 56 (əlli altı) manat məbləğində olan dövlət rüsumunun cavabdeh Şəxs Bextiyar oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs hazırda 2986 manat borcu vardır. Qərəzli şəkildə borcun ödənilməsindən yayındığından barəsində protokol tərtib edilmişdir. Borclu aliment məbləğindən 500 manat məbləğində ödəniş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs hazırda şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ondan hər ay, hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 02 oktyabr 2013-cü il təvəllüdlü X2 və 07 yanvar 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borcundan 500 manat ödəniş etmişdir. Qalıq borcunu da hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs ödəməli olduğu borcdan 500 manat ödəniş etmişdir. Qalan borcu da ödəyəcəyinə söz verir. Hazırda ona qarşı şikayət və tələbi yoxdur. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) X5 tələbkar Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat verərək, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına heç bir etirazının olmamasını bildirdi. Məhkəmə zərərçəkmiş şəxsin, onun nümayəndəsini və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 04 iyun 2025-ci il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Astara rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Astara Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-424/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-424/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver