Məhkəmə qərarları › İş №3(018)-425/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-425/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-425/2025 04.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 04 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 ərizə təqdim edərək, Şəxs ilə Zərərçəkmiş şəxs arasında razılıq əldə edildiyindən protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ərizə təqdim edərək Şəxs ilə aralarında razılıq əldə etdiyindən verilmiş protokolun baxılmadan geri qaytarılmasına xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolun baxılmadan geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını, icra məmurunun, tələbkarın ərizələrini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Məhkəmə Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdim etdiyi inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Astara Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Astara Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar