Məhkəmə qərarları › İş №3(018)-427/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-427/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-427/2023 15.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1 və 528.1-ci maddələri ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: X3 və X2 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(018)-90/2021 saylı hökmünə və icra vərəqəsinə əsasən Azərbaycan Respublikası ETSN yanında X1 Xidmətinə müştərək qaydada 1078 (bir min yetmiş səkkiz) manat məbləğində pul ödəməli olduğu halda ödəməmişdir. Məhkəmə hökmü qanuni qüvvəsini alaraq icraya yönəldilmiş olsa də, borclu X2 məhkəmə hökmünün icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. X3 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin ******* saylı 05 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən 250 (iki yüz əlli) manat inzibati qaydada cərimə edilmişdir. X3 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin ******* saylı 27 yanvarr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən 250 (iki yüz əlli) manat inzibati qaydada cərimə edilmişdir. X3 qeyd edilən hər iki qərar üzrə cəmi 500 (beş yüz) manat cəriməni qanunla müəyyən edilən müddət ərzində müvafiq bank hesabına ödəməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Astara Rayon Məhkəməsinin qərarı ilə hər iki inzibati iş bir icraatda birləşdirilmişdir. Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və 528.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-427/2023 nömrəli iş bir icraatda 3(018)-428/2023 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və 528.1ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(018)- 427/2023 nömrəli iş bir icraatda 3(018)-428/2023 nömrə ilə birləşdirilsin. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar