Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-43/2024 16.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Astara rayonun Lovayn kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 13 yanvar 2024-cü il tarixdə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi Mersedes E190 markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Tüləgüvan kənd yolunda hərəkətdə olarkən qarşı istiqamətdə hərəkətdə olan Astara rayonu, Tüləgüvan kənd sakini Zərərçəkmiş şəxs məxsus “SSang Yong” markalı **- FS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qarşısına çıxaraq maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 13 yanvar 2024-cü il tarixdə idarə etdiyi Mersedes E190 markalı, **- LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Tüləgüvan kənd yolunda hərəkətdə olarkən qarşı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “SSang Yong” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, 13 yanvar 2024-cü il tarixdə idarə etdiyi “SSang Yong” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Tüləgüvan kənd yolunda hərəkətdə olarkən Mersedes E190 markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmış və onun maşının sol yan tərəfinə dəymişdir. Hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Maşınına ciddi ziyan dəymişdir. Hazırda Şəxs inzibati həbs və ya cərimə olunub-olunmamasının məhkəmənin mülahizəsinə buraxır. Bundan başqa Şəxs qarşı məhkəmədə maddi ziyanla bağlı iddia qaldıracaqdır. İş materillarında olan qüsur aktından görünür ki, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus “SSang Yong” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi ziyan dəymişdir. İş materillarında olan 13 yanvar 2024-cü il tarixli, 02578 saylı qəbzdən görünür ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmamışdır. İş materillarında olan 13 yanvar 2024-cü il tarixli, 02579 saylı qəbzdən görünür ki, Şəxs sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığ hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs pğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüzi) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-43/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-43/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver